Rüfət Hüseynzadə,
Pedaqoji elmlər doktoru, Professor, Əməkdar Müəllim.
Soltanəli Qurbanov,
Səbail YAP “Üzeyir Hacıbəyov – 68” Ərazi Partiya Təşkilatının sədri, ADPU-nun dosenti


Son 200 ildə Rusiyanın himayəsinə sığınan ermənilər həmişə yaranmış şəraitdən riyakarlıqla istifadə etmiş, Azərbaycan xalqına qarşı amansız qətliamlar, qanlı soyqırımlar törətmişlər. Ən dəhşətli qırğınlardan biri 1905-ci ildə erməni-daşnak və rus-bolşevik birləşmələri tərəfindən Bakıda silahsız azərbaycanlılara qarşı törədilmiş, bu zaman on minlərlə insan qətlə yetirilmiş, şəhərdə tarixi binalar yandırılmışdı. 1917-1918-ci il hadisələrinin miqyası daha geniş olmuş, bu illərdə ermənilər əliyalın azərbaycanlılara qarşı yalnız Bakıda deyil, Şamaxıda, Qubada, Salyanda, Lənkəranda, İrəvanda, Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda, Şuşada və azərbaycanlıların məskunlaşdığı digər regionlarda dəhşətli soyqırımlar törətmişdilər.
Həmin vaxtlarda Azərbaycanın özünü müdafiə etmək üçün siahlı hərbi qüvvələri yox idi. Yalnız 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edəndən sonra demokratik respublikanın 40 min nəfərlik ordusu yaradılmışdı. 1920-ci ilin 28 aprelində bolşevik ordusunun Bakıya daxil olması ilə Azərbaycan Demokratik Respublikası süquta uğradı, milli ordu buraxıldı. Orduya başçılıq etmiş generallardan 11 nəfəri bir gecədə güllələndi, general Mehmandarov, general Şıxlinski və digər yüksək rütbəli hərbçilər həbs olundu, onların əksəriyyəti Nargin adasında qətlə yetirildi.


Şübhəsiz ki, sovetlər dövründə Azərbaycanda milli ordu quruculuğundan söhbət gedə bilməzdi. Bu iş nə qədər çətin olsa da, Azərbaycanda ordu quruculuğunun təməli ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi ilə qoyulmuşdur. Sovetlər dövründə azərbaycanlı gənclərdə hərb elminə marağın artırılması və bunun üçün real şəraitin yaradılması Ulu Öndərin gələcək Azərbaycanın müstəqilliyinə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Heydər Əliyevin ölkəmizdə hərb elminin formalaşdırılmasına göstərdiyi müstəsna qayğının sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey, 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində “Hərbi və fiziki təlim” fakültəsi təsis olundu. Ulu Öndər bunlarla yanaşı, 1970-80-ci illərdə çox sayda azərbaycanlı gəncin güzəştli şərtlərlə keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə qəbulunu da təşkil etmişdir. Yalnız 1982-ci ildə 550 azərbaycanlı gəncin bir sıra hərbi məktəbdə təhsil alması təmin olunmuşdu.
Kommunist rejiminin sərt qanunları altında öz xalqının xeyrinə belə ciddi işlər görmək olduqca çətin idi. Bütün bunlara rəğmən ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi naminə mühüm ciddi işləri uğurla icra edirdi. Sonralar o, bildirirdi: “Biz sovetlər rejimində yaşayırdıq, məgər bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejimin altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına köməklik göstər. Mən bunları etdim. Azərbaycan o illərdə çox yüksəyə qalxdı”.
Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etdiyi zaman respublikada kifayət qədər peşəkar hərbçi var idi. Ancaq o zamankı hakim qüvvə mövcud hərbi qüvvələrdən və imkanlardan düzgün istifadə etməyi bacarmadı. Bütün bunlar Qarabağ uğrunda gedən döyüşlərdə faciələrə və torpaq itkilərinə səbəb oldu. Xalq bu çətin vəziyyətdən çıxmağın tək yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Ulu Öndər xalqın tələbi və istəyi ilə 15 iyun 1993-cü ildə Milli Məclisin sədri vəzifəsinə seçildi. Bu hadişə Azərbaycan tarixinə “Qurtuluş günü” kimi daxil oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu faktı belə şərh edir: “Heydər Əliyev 1993-cü ildə parlamentin sədri seçiləndən sonra müstəqil Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox bəlalarla üzləşə bilərdi. Bu gün həmin dövrü təhlil edəndə görürük ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi Azərbaycanı bu bəlalardan qurtardı”.
Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi Qarabağ uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaratdı. Milli ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Kriminogen şərait yaradan silahlı dəstələr qısa bir vaxtda ləğv edildi, özünümüdafiə qüvvələri birləşdirilərək nizami orduya çevrildi. Milli hərbi kadrlar hazırlayan hərbi məktəblərin fəaliyyəti günün tələbləri səviyyəsinə qaldırıldı. İndi Respublikamızda Cəmşid Naxçıvanski adına hərbi lisey. Hərbi Akademiya, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutu, Ali Hərbi Dənizçilik Məktəbi. Bakı Ali Ümumqoşun Məktəbi, Azərbaycan Hərbi Təyyarəçilik Məktəbi, Hərbi Təlim və Tədris Məktəbi, ATU Hərbi Tibb fakültəsi, ADPU-nin nəzdində Çağırışaqədər Hərbi fakültə fəaliyyət göstərir. İndi fəxrlə demək olar ki, Azərbaycan Ordusu Avropa standartları səviyyəsinə yüksəlmişdir. Ordumuz Türkiyə və digər NATO dövlətləri ilə əməkdaşlıq edir, birgə təlimlər keçirir.

Heydər Əliyevin ordu quruculuğu sahəsində uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində tarixi qələbəsinin təməlini qoymuşdur. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı mühüm tarixi xidmətlərindən biri də xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi davamçısını yetişdirməsi olmuşdur. 2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyevin zəmanəti və xalqın istəyi ilə 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin daxili və xarici siyasətinin inkişafına, xüsusilə ordu quruculuğunun modernləşdirilməsinə müstəsna əhəmiyyət vermisdir.
Tarixə nəzər salaq. 1918-ci il 26 iyunda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Sonra – dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Hərb sahəsində ilk uğur sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi.
27 sentyabr 2020-ci il, səhər saat 6-da bir sıra yaşayış mətəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə tutuldu. Adekvat cavab vermək qərara alındı və Azərbaycan Vətən müharibəsinə qoşuldu. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda. Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, eləcə də Füzuli rayonunda 4, Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Müharibənin ilk günündə düşmənin 30 ilə qurduğu müdafiə xətti yarıldı, bundan sonra hərbi üstünlük Azərbaycan Ordusununun tərəfində oldu və 44 gün ərzində ordumuz bütün cəbhə bölgələrində irəli getdi və böyük tarixi qələbə ilə Zəfər çaldı.
Ali Baş Komandanın dediyi kimi, qələbəmizin zirvəsi Şuşa əməliyyatının uğurla başa çatması oldu. Azərbaycanın zabit və əsgərləri, xüsusi təyinatlı əsgərləri noyabrın 8-də düşmənlə hərb tarixində misli-bərabəri görünməmiş əlbəyaxa döyüşlərə girdilər. Düşmən tərəfi Azərbaycan döyüşçülərinin rəşadəti qarşısında tab gətirə bilməyib xeyli itki verdi, salamat qalanlar canlarını qurtarmaq üçün hərb meydanından qaçdılar. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan Ordusunun Şuşanı azad etməsi düşmənin belini qırdı, bununla da düşmən praktik olaraq təslim oldu. Düşmən tərəf noyabrın 10-na keçən gecə kapitulyasiya aktı imzalamağa məcbur oldu.

İkinci Qarabağ müharibəsi çox böyük geosiyasi dəyişikliklərə gətirib çıxardı. Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev regionun ən qüdrətli dövlət başçısina çevrildi. Artıq dünya hibrid müharibəsinin mahiyyətini ikinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Azərbaycandan öyrənməyə üstünlük verir. ABŞ Hərbi Akademiyası, Pentaqon rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsini zəruri hesab edirlər.
Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü elan edilmişdir.
Artıq işğaldan azad olunmuş ərazilərə – ata-baba yurdlarına insanların qayıdışı – “Böyük qayıdış” yeni vüsət almışdır.
Ölkə Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Dövlət Proqramı hazırlanmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda deyilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır… Dövlət başçısı 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak etmiş, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoymuşdur. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını etmişdir...”

Bəli, azad olunmuş bütün regionlarda abadlıq və yenidənqurma işlərinin aparılması, qaçqın və köçkünlərin öz doğma yurdlarında məskunlaşmasının təşkili bilavasitə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə uğurla icra olunur.

Son xəbərlər

Məşhur “gəlin-qayınana” yeni layihədə - FOTO

“Sadakatsiz”in aktrisası evləndi - Foto

FHN Aqşin Fatehin restoranını bağladı - Foto

Zöhrə Qaraqızı : HƏR YAZILAN SEİR OLMAZ - FOTO

MÜZƏFFƏR MİLLİ ORDUMUZ (26 İyun - Silahlı Qüvvələr Günü)

Ruhu daim bizimlədir.

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930