Xəbərlər
27.03.2026, 00:29
QAN YADDAŞIMIZ HAQQINDA TARİXİ HƏQİQƏTLƏR - FOTO
Sultanəli Qurbanov
Səbail rayonu YAP,
Ü.Hacıbəyli 68 ƏPT sədri,ADPU-nun dosenti:
XX əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri, daşnaklar, ermənipərəst bolşeviklər xalqımıza qarşı dəhşətli soyqırımlar törətmiş, mahallarımız, ərazilərimiz işğal olunmuş, həmin qanlı siyasət nəticəsində yüz minlərlə soydaşımız faciəli şəkildə qətlə yetirilmişdir. 1905-ci il və 1918-ci illərdə xalqımıza qarşı törədilən soyqırımlar daha dəhşətli olmuşdur. Xüsusilə 1918-ci ildə erməni quldur dəstələri Azərbaycan türklərinə qarşı tarixdə görünməmiş vəhşiliklər törətmişlər. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağda, Zəngilanda, həmçinin də Azərbaycanın digər şəhər və kəndlərində, qədim oğuz torpağı olan İrəvanda yüz minlərlə Azərbaycanlı amansız işkəncə ilə qətlə yetirilmişdir.
Erməni vəhşiləri qocaları, qadınları, uşaqları qılıncdan keçirir, süngüyə taxırdılar. Azərbaycanın dinc, silahsız əhalisinə qarşı 1918-ci il soyqırımlarının törədilməsinə, müxtəlif vasitələrlə Leninin rəğbət və etimadını qazanmış Stepan Şaumyanın bilavasitə rəhbərliyi ilə xüsusi hazırlıq işləri aparılmışdır. 1918-ci ilin mart qırğınları ərəfəsində Bakı Soveti real silahlı qüvvələrə malik idi.Belə ki, faciə ərəfəsində Bakı Soveti rəhbərliyi özünün sərəncamında olan silahlı qüvvələrinin təşkili və təchizatı sahəsində xeyli iş görə bilmişdi.1918-ci il noyabrın 15-də S.Şaumyan V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş və bu isə ona kifayət qədər döyüş sursatı göndərilməsinə şərait yaratmışdır. Bakı Soveti qoşunlarının sərəncamına hətta top, zirehli maşın və təyyarələr də göndərilmişdi. Lakin bütün müsəlman əhalisinin fəal müqavimətini qırmaq üçün gələcək hərbi əməliyyatlarda Bakı Soveti qoşunlarının kifayət edəcəyinə əmin olmayan Şaumyan faciə ərəfəsində daşnaklarla taktiki ittifaqa girmişdir. Həmin dövrdə Bakıda daşnakların sayı 4 min nəfərdən artıq olan yaxşı silahlanmış hərbi qüvvələri var idi. Daha sonra Şaumyan İrandan və Qərb cəbhəsindən qayıdan 7000 nəfər silahlı rus əsgərinin Bakıda qalmasını təmin etmişdir. Sonralar həmin əsgərlərdən müsəlmanlara qarşı hərbi əməliyyatlarda istifadə olunmuşdur. Xəzər hərbi donanması matroslarinin da Bakı Sovetinin tərəfində vuruşacağı nəzərə alınmışdı. Ən dəhşətlisi bu idi ki, mart faciəsi ərəfəsində sayı 6 min nəfərə çatan Bakı Soveti qüvvələrinin istər tərkibinin istərsə də, komandir heyətinin əsas hissəsini erməni millətindən olanlar təşkil edirdilər.
Bunların arasında”Daşnaksütun” partiyasının üzvü Z. Avetisyan Amazasp, daşnak partiyasının digər üzvü polkovnik Kazarov və başqalar var idi. Beləliklə, mart qırğınları ərəfəsində hər cəhətdən üstünlük Bakı Soveti qoşunlarının tərəfində olmuşdur. Həmin vaxtlarda Ermənilər müsəlmanları Bakı Soveti ilə silahlı toqquşmaya sövq etmək üçün özlərinə məxsus olan bütün riyakarlıq vasitələrindən istifadə etmişdilər. Onlar əvvəl Azərbaycan milli qüvvələri ilə bolşeviklərə qarşı ittifaqa girəcəklərini, sonra isə bitərəf qalacaqlarını bildirsələr də, həqiqətdə isə Azərbaycanlılara qarşı məkrli niyyətlərini həmişə olduğu kimi gizlədirdilər. Faciə ərəfəsində erməni riyakarlığına aid bir neçə fakta istinad edək: “martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən Ismailliyyə binasına gələrək erməni mili şurası və daşnaksütun partiyasının adından bildirmişdi ki, əgər müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, o zaman erməni qoşunu hissələri müsəlmanlara qoşulacaq və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edəcək. “Erməni milli şurasının” başqa bir nümayəndəsi Ter-Zaxaryan həmin gün müsəlmanların milli şurasına gəlmiş və bildirmişdi ki, bu siyasi əqidələr üstündə olan mübarizədir. Bu mübarizədə ermənilər və müsəlmanlar sazişə gələ bilərlər. Bu sazişdə bolşeviklər Bakıdan qovulduqdan sonra müsəlman daşnak hökumətinin yaradılmasını nəzərdə tutulurdu. Əlbəttə belə milli xəyanətlə müsəlmanlar razılaşa bilməzdilər. Bu təklifi irəli sürənlər də bunun qəbul edilməyəcəyini bilirdilər. Məqsəd yalnız müsəlmanlarla bolşevikləri toqquşdurmağa, müsəlman hərbi hissələrini Bakı soveti qoşunlarının əli ilə tərksilah etməyə, dinc müsəlman əhalisinə divan tutmağa yönəlmişdi. Şəhərdə erməni silahlı dəstələrinin tez-tez görünməsi azərbaycanlı əhaliyə pis təsir edir və müsəlmanlar fəlakətin yaxınlaşdığını görürdülər. Bakı Soveti fitnəkarlıq törətməklə müsəlman əhalini cavab tədbirləri görməyə sövq etmək, sonra isə hərbi qüvvədən istifadə edərək bütün cəbhə boyu hücuma keçməyin və bütün təqsiri müsəlmanlarda görmək üçün bəhanə axtarırdılar. Bakı faciəsinə başlamaq üçün bəhanə tapmaq çox çətin olmadı. Bu məqsədlə Bakı Soveti rəhbərliyi açıq şantaj tədbirinə əl atmaq qərarından istifadə etdi:
1918-ci il martın 29-da Bakı Soveti İcra Komitəsinin sərəncamı ilə “Elevina” gəmisində Lənkərana getmək üçün üzməyə hazırlaşan müsəlman diviziyasının bir neçə yüz zabit və əsgərləri tərksilah edilmişdir. Bu isə şəhərdə müsəlman əhalisi arasında narazılığı artırmış və ciddi etirazlara səbəb olmuşdur, çünki bu tədbir erməni daşnak və bolşevik qüvvələri qarşısında azərbaycan əhalisinin tərksilah edilməsi tələbi idi. Martın 30-da Bakı məscidlərində etiraz mitinqləri keçirilməsinə başlanıldı. Martın 30-da günortadan sonra Şamaxı yolunda və Tatarski küçəsində Qızıl Ordunun süvari hissəsinə fitnəkarlarin təşkil etdiyi hücum şəhərdə əmin-amanlığın bərpa olunacağına bütün ümidləri puça çıxardı. Bununla da Şaumyan və daşnaklar istədiklərinə çatdılar. Dərhal Qızıl Ordu hissələri müsəlman məhəllələrinə soxularaq hərbi əməliyyatlara başladılar. Bu barədə sonralar Şaumyan yazmışdır ki, “ Biz süvari hisslərimizlə ilk silahlı basqına qarşı hər cür hazırlıq görmüşdük və dərhal bütün cəbhəboyu hücuma başladıq. “Beləliklə, əvvəlcədən hazırlanmış siyahı üzrə Bakı hadisəsinin həyata keçirilməsinə başlandı. Martın 30-da bolşeviklərin rəhbərliyi ilə İnqilabi Müdafiə komitəsi yaradıldı. İnqilabi Müdafiə komitəsinin tərkibinə əsasən ermənilər daxil edilmişdi. Elə həmin gün “inqilaba sadiq qüvvələr” digər anti-musəlman qüvvələri ilə birlikdə müsəlmanların qeyri-mütəşəkkil silahlı qüvvələrinə qarşı bütün cəbhə boyu qəti hücuma başladı. Döyüşlərdə silahsız Azərbaycan əhalisinə qarşı zirehli maşınlardan, top və aviasiyadan istifadə olunurdu. Baki Soveti qoşun qüvvələrinin toplari şəhərin müsəlmanların yaşayış hissələrini atəşə tutur, tarixi binaları, məscidləri dağıdır, müsəlmanların səngər etdikləri İçəri şəhər ətrafında, Şamaxı yolunda və şəhərin digər hissələrində şiddətli küçə vuruşmaları başladı. Dinc əhali arasinda öldürülən və yaralananlar çox idi. Düşmənin üstün qüvvələri qarşisinda günahsiz insan itkilərinin cox olacaqını görən müsəlmanlar martin 31 də atəşi dayandirmağı, sülh danışıqlarının baslamasını təklif etdilər. İnqilabi mudafiyə komitəsi bu təklifə qarsə ultimatiumla cavab verdi. Bakı Sovet hakimiyətinin qeyri sərtsiz tanınmasını, müsəlman hərbi birləşmələrinin, onun ardinca isə erməni qüvvələrinin şəhərdən cixarilmasını... Lakin hadisələrin əsl faciyəvi davamı ultimatiumun qəbulundan sonra başlandı: birləşmiş daşnak Bolşevik qüvvələri şəhərin müsəlmanlar yaşayan hissələrində qarətlər, yanğinlar, qətllər törətməyi daha amansizliqla davam etdirdilər. Daşnaklar uşaqları, körpələri süngülərə taxıb göyə qaldırır, qadınları saçlarından bağlayıb küçə boyu çılpaq qaçmaqa məcbur edir, qocalara rəhm etmirdilər. Bu vəhsilər adamları öldürməklə kifayətlənməyib, onlarin qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtır və s. qeyri insani hərəkətlər törədirdilər. Yerli Azərbaycanlıların rəhimsizliklə məhv etdilməsi, onlarin öz doğma şəhərindən qovulması, uzaq məqsədlər güdən erməni millətçilərinin gələcək siyasi niyyətlərinə xidmət edirdi.
31 mart qırğınlarında Bakının 17000 müsəlman əhalisi qətlə yetirilmisdir, Bakı döyüşləri 3 gün davam etmişdir (30,31 mart, 1 aprel). 18 apreldə Sauminyan V.İ.Leninə yazdığı məktubda göstərirdi ki, “Biz döyüşlərdə parlaq qələbə əldə etmişik, düşmən tamamilə darmadağin edilmişdir”. Ermənilərin törətdiyi mart hadisələri yanliz Bakı qırğınları ilə qutarmadi. Digər tərəfdən Bakı qırğınlarından əvvəl qatil ermənilər 1918-ci ildə apreldən hərəkətə keçərək Şamaxıda, Qubada, Lənkəranda, Salyanda, Hacıqabulda cinayətlər, qırğınlar ve talanlar törətmişlər. İlk olaraq S.Şaumyan öz erməni soydaşları ilə əlaqəyə girərək Şamaxıda müsəlmanların qırılması aktına rəhbərlik etmişdir və bu plan 1918-ci ilin aprel ayında həyata keçirilmişdir. Bu məqsədlə Şamaxı ətrafinda bütün erməni əhalisi qabaqcadan silahlandırılmışdır. Silahsız Şamaxı əhalisinə hücuma keçmək üçün ətraf erməni kəndləri mərkəzin əmrini gözləyirdilər. Belə bir vaxtda Şamaxıda erməni silahlı dəstələrinin görünməsi, yerli müsəlman əhalisini narahat etməyə bilməzdi, çünki 1905-1907-ci illərdə müsəlmanlara qarşi törədilmiş hadisələrdən cəmi 10-12 il keçirdi. O vaxt baş verən milli faciənin canlı şahidləri hələ də yaşayırlar. Baş verə biləcək hadisələrin qarşısını almaq üçün müsəlmanlar ermənilərlə təcili danışıq apardılar. Ermənilər özlərinə xas olan riyakarlıqla bildirdilər ki, onların yerli Azərbaycan əhalisi ilə heç bir işi olmayacaqdır. Azərbaycanlılar ermənilərin bu vədlərinə inandılar. Lakin erməni məkri çox davam etmədi. Ermənilər hələ danışıqlar başa çatmamış aprelin 18-də subh tezdən Mədrəsə kəndində yerləşdirilmiş toplardan Şamaxı şəhərini atəşə tutdular. Həmin gün axşamüstü silahlı erməni dəstələri şəhərə daxıl olub qırğın törətməyə başladılar. Daşnak Amiryan və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi və on minlərlə kişi, qadın və uşaq amansızlıqla və işkəncə verilərək qətlə yetirildi. Erməni vəhşiləri bu ərazinin 40-dan çox kəndini darmadağın etdilər.Yerli müsəlman əhalisinin qırılması,hamilə qadınların qarınlarının yırtılması, qızların təhqir olunması,uşaqların diri-diri odda yandırılması və s. bütün bunlar daşnaklar arasında “bəzi haqsızlıqlar“ adlandırılırdı. O vaxtlar yaradılmış Fövqəladə istintaq komissisiyasının sənədlərində göstərilir ki, yalnız yanvarda Bakıdan Şamaxının ermənilər yaşayan kəndlərinə 16 araba silah gətirilmişdir. Bakı soveti və onun daşnak üzvləri martın ortalarında Şamaxıya 2 min silahlı erməni əsgər, 60 araba silah göndərmişdilər. Sənəddə göstərilir : “Evində çoxlu uşaq və qadın gizlədilmiş, Axund Molla Cəfər öldürüldü. Erməni azğın əsgərləri məscidə soxularaq Axundu tapıb gözlərini çıxardılar, dilini,burnunu və qulaqlarını kəsdilər, üzunun və başının dərisini soydular və güllələdilər. Axundun evində və məsciddə olan bütün qadınları öldürdülər. Quba hadisələri: Erməni quldur dəstəsinin başçısı S.Şaumyan 1918-ci il may ayının 1-də daşnak Amazaspın başçılığı ilə tərkibi ancaq ermənilərdən ibarət olan 2000 nəfərlik hərbi qüvvəni Qubaya göndərdi. Hərbi dəstə Qubanı mühasirəyə alıb, şəhəri toplardan və pulemyotlardan atəşə tutdular. Amazasp Qubanı işğal etdikdən sonra o vaxt yerli əhaliyə demişdir: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən Qubaya xüsusi cəza dəstəsi ilə göndərilmişəm. Mən buraya qayda qanun yaratmaq üçün, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Bu yerlərdə Xəzər dənizinin sahillərindən tutmuş Şah dağa qədər olan ərazilərdə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd yuvanızı yerlə yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin başınıza açmaq tapşırığı verilib.” Amazaspın dəstəsi Qubada və digər ərazilərdə çox dəhşətli və qansız hərəkətlər etmişdilər. Ermənilər kəndləri, obaları, yurd yerlərini yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarlıqla qətlə yetirirdilər. Ancaq şəhərdə 2 mindən artıq kişi öldürülmüşdür, gözləri çıxarılmış, xəncərlə doğram – doğram etmişdilər. Əhalinin varidatı talan edilmiş, oğurlanmışdır.
Ermənilər Qubada 4 milyon manat nəğd pul, xeyli qızıl pul, daş – qaş, 25 milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar Şaumyan və onun məsləkdaşları həbs edilərkən onun çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur. Təkcə Quba şəhərində ermənilər 105 ev yandırmışdılar. Erməni “ Cəza dəstəsi” Qubaya gələrkən Bakı-Xaçmaz yolunun ətrafında yerləşən kəndləri viran qoymuş,evləri yandırmış, insanları öldürmüş, əmlaklarını talan etmisdir,. Ermənilər bütün məscidləri dağıtmış, müqəddəs Quran kitablarını yandırmışlar. Bütünlüklə daşnaklar Quba mahalında yüz iyirmi kəndi yandırmış, dağıtmış,viran qoymuşlar. Erməni daşnak dəstələri və bolşeviklər həmin dövrdə yalnız Bakıda, Şamaxıda, Qubada deyil, Salyanda, Lənkəranda, Muğanda və azərbaycanlıların məskunlaşdığı digər ərazilərdə də xalqımıza qarşı qanlı faciələr törətmişlər. 1918-ci ilin yaz-payız aylarında Zəngəzur qəzasında bütün azərbaycanlılar yaşayan 116 kənd məhv edilib, 7729 nəfər insan vəhşicəsinə öldürülüb. 1917-ci ilin dekabrından 1918-ci ilin axırına qədər İrəvan, Şərur, Təzə Bəyazid ərazilərindən var-yoxu talanan, doğma yurd-yuvalarından qovulan azərbaycanlıların sayı iki yüz min nəfərə çatmışdır. 1918-ci ildə yaradılmış Fövqəladə istintaq komissiyasının hazırladığı məruzədə erməni vəhşilikləri kifayət qədər əks etdirilmişdir. Hətta həmin məruzədə azərbaycanlılara qarşı bu cinayətləri törədənlərin ən ağır cəzaya layiq olduqları göstərilmişdir. Lakin belə bir qiymətli sənəd uzun müddət xalqdan gizlədilmişdir. Xalqdan gizlədilən həqiqətlər Azərbaycanda 1920-ci ildə hakimiyyətə gələn bolşeviklərin səyi nəticəsində xatirələrdən silinmişdir. Vaxtilə Üzeyir Hacıbəyli yazırdı ki, 1918-ci ilin mart-may aylarında ermənilərin silahsız xalqımıza qarşı qansız və vicdansız hərəkətlərinin qarşısı türk qəhrəmanlarının vaxtında köməyə gəlməsi sayəsində alındı. Əgər belə olmasaydı Bakıda, Şamaxıda, Qubada deyil, bəlkə də bütün Azərbaycanda ermənilər daş üstə daş qoymazdılar. 1918-ci ilin 31 Mart soyqırımı, 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin Xocalı soyqırımı nəinki azərbaycanlılara, bütövlükdə bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımıdır. Təbii ki, məğrur Azərbaycan xalqı erməni vandallarının törətdiyi bu qeyri- insani vəhşilikləri heç vaxt unutmayacaq. Qeyd etməliyik ki, 1918-ci ilin iyulun 15-də ADR 31 Mart hadisələrini Azərbaycan xalqının soyqırımı günü qəbul edib. Lakin Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinmişdir. Yalnız 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında Fərman” imzalayıb. Fərmanda 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrinə siyasi-hüquqi qiymət verilmiş və 31 mart Azərbaycanlıların soyqırımı günü elan olunub.
2018-ci ildə Prezident İlham Əliyevin «1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi» haqqında imzaladığı sənəddə erməni silahlı qüvvələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri soyqırımlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə geniş-miqyaslı tədbirlər planı hazırıanmışdır.” Yekun olaraq illər keçsə də 31 mart soyqırımları və ondan sonrakı illərdə də ermənilərin xalqımıza qarşı ərazi iddiaları adı altında törətdikləri cinayətlərin qisası döyüş meydanlarında alındı. Bu günü hər bir azərbaycanlı bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr 24 saatlıq lokal antiterror əməliyyatında düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır və torpaqlarımızın düşmən işğalından azad olunması ilə soyqırım qurbanlarının və Vətən müharibəsi şəhidlərinin də ruhu şaddır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay