
Xəbərlər
27.06.2026, 13:58
İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO
Buludlar silləni göydənmi alıb,
Sıxır "göz yaşını" başımız üstə?!
Çalışır hayıfın bizlərdən çıxa,
Qalmaya daşımız, daşımız üstdə!..
Dözmür ildırımlar toqquşmalara,
Səy edir özünü tullasın yerə.
Nişana götürür təpəni,dağı,
Qorxur kimlərisə salacaq şərə!
Qayalar sevirlər gurultiları,
Ən çox da bu səslər dərədən gəlsə.
Çox vaxt da üstləri körpüyə dönür,
Gedişə, gəlişə sular əngəlsə!
Nə qədər söysə də, donquldasa da,
İnsanlar çayların boyunu sevir.
Dalğaya, daşqına nifrət etsə də,
Allahın bu yaşam payını sevir!
Sevinc sığalıdı duyğularının,
Çap atı kədərin dərdin üstünə.
Nikbinlik həyatın yaşam talonu,
Çalış sevinəsən,dönmə küskünə!..
27.06.2026

Sıxır "göz yaşını" başımız üstə?!
Çalışır hayıfın bizlərdən çıxa,
Qalmaya daşımız, daşımız üstdə!..
Dözmür ildırımlar toqquşmalara,
Səy edir özünü tullasın yerə.
Nişana götürür təpəni,dağı,
Qorxur kimlərisə salacaq şərə!
Qayalar sevirlər gurultiları,
Ən çox da bu səslər dərədən gəlsə.
Çox vaxt da üstləri körpüyə dönür,
Gedişə, gəlişə sular əngəlsə!
Nə qədər söysə də, donquldasa da,
İnsanlar çayların boyunu sevir.
Dalğaya, daşqına nifrət etsə də,
Allahın bu yaşam payını sevir!
Sevinc sığalıdı duyğularının,
Çap atı kədərin dərdin üstünə.
Nikbinlik həyatın yaşam talonu,
Çalış sevinəsən,dönmə küskünə!..
27.06.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














