Turaztv.az » Xəbərlər » “Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib
Xəbərlər

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

27.06.2026, 01:25 106
ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranla əlaqəli hədəflərə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalının və İsrailin 12-ci televiziya kanalının müxbiri Barak Ravid sosial şəbəkədəki paylaşımında ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“ABŞ rəsmisinin mənə verdiyi məlumata görə, Birləşmiş Ştatların hərbçiləri Hörmüz boğazı bölgəsində zərbələr endirib”, - deyə jurnalist bildirib.

Barak Ravid sonrakı paylaşımında zərbələrin İranla əlaqəli hədəflərə endirildiyini dəqiqləşdirib.

İranın “Mehr” xəbər agentliyi də ölkənin cənub sahillərində, Hörmüz boğazı yaxınlığında güclü partlayış səslərinin eşidildiyini bildirib. Agentlik hadisənin təfərrüatları barədə əlavə məlumat verməyib.

Oxşar xəbərlər