Unudulmaz mərhumə,hamımızın doğması,el anası,
alim-şairə, Brilyant Uğur Məmmədzadənin arxivindən


AZƏRBAYCAN


Əgər səndən ayrı düşsəm.
Xoş günümü bir kəfənə bükərəm.
Didər məni ayrılığın qüssəsi.
Həyatımı bitmiş bilib ölərəm
Doğma yurdum, doğma anam.
Azərbaycan, Azərbaycan!

Əgər səndən ayrı düşsəm.
Gül ətrini küləklərdən alaram
Adın düşməz bircə an da dilimdən
Qərib eldə yana- yana qalaram.
Doğma yurdum, doğma anam.
Azərbaycan, Azərbaycan!

Əgər səndən ayrı düşsəm.
Xəzan vurmuş çiçək kimi solaram
Gül ətrini söylə hardan qoxlaram?!
Şaxta vurmuş yetim kimi donaram
Doğma yurdum, doğma anam.
Azərbaycan, Azərbaycan!

Əgər səndən ayrı düşsəm.
Yolçun olub izlərinə düşərəm
Əl çəkmərəm sənin kimi Vətəndən
Ölümün də əllərindən düşərəm
Doğma yurdum, doğma anam.
Azərbaycan, Azərbaycan!

Əgər səndən ayrı düşsəm.
Firavan günlərim gedər əlimdən
Keçən bir gör nədir mənim qəlbimdən?!
Sənsiz od püskürər bil, kəfənimdən
Doğma yurdum, doğma anam.
Azərbaycan, Azərbaycan!

Əgər səndən ayrı düşsəm.
Didər məni yoxluğunun qüssəsi
Mimar qalar gözlərimin giləsi
Haray salıb çağıraram hər kəsə
Doğma yurdum, doğma anam.
Azərbaycan, Azərbaycan!

Inamım var qovuşacam mən sənə
Gur səsimiz səs salacaq ellərə.
Onda səni basaraq ürəyimə
Qayıdaram o səni günlərimə.
Doğma yurdum, doğma anam.
Azərbaycan, Azərbaycan!


******


BİZİM ELDƏDİR


Gəzdim diyar-diyar Azərbaycanı,
Ən gözəl adətlər bizim eldədir.
Şirin ləhcələrlə duzlu “ay can ” ,
Azəri yurdunda, bizim eldədir.

Dostu dost, düşməni düşmən bilənlər,
Dostluqda sədaqət , hörmət görənlər,
Bu xalqı , milləti qəlbən sevənlər ,
Unutmaq çətindir, çətindir səni .

Gəzib, dolandıqca aranı ,dağı ,
Ayna bulaqları, barlı dağları.
Min könül oxşayan toy sarayları,
Unutmaq çətindir, çətindir səni .

Min-min qonaq gəlir Azərbaycana,
Onlarin gözüylə baxaq hər yana.
Dünya heyran qalmış Azərbaycana,
Xəzinə,var-dövlət, bizim əldədir

Şirin dil, bal dodaq ala gözlülər,
Baxışı can alan mələk üzlülər.
Canı oda salan gülərüzlülər,
Dünya gözəlləri bizim eldədir

Azəri qızları ana-bacıdır
Igid oğlanları hünər tacıdır
Vətən! Dərdin olsa bizi acıdır
Namus da, qeyrət də bizim eldədir



Son xəbərlər

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

“Şamaxı” “Araz-Naxçıvan”a, “Kəpəz” “Sumqayıt”a qarşı

İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü

Rafinya “Barselona”nın mövsümün ilk 8 oyununda qol sayına görə rekordunu yeniləyib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

"Putinlə görüşəcəm və bunları həll edəcəm" - Paşinyan

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

YAXŞI Kİ VARSAN...

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930