Xəbərlər
7.04.2025, 23:37
Üç ölkənin lideri Qəzza üzrə yanvar razılaşmasının bərpasına çağırıblar
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, fransalı həmkarı Emmanuel Makron və İordaniya Kralı II Abdullah ibn Al Hüseyn yanvarın 19-dan qüvvəyə minən Qəzzada atəşkəs rejiminin bərpasına çağırıblar.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə onların Qahirədə keçirilən görüşün yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.
“İsrailin Qəzza zolağına hücumlarının bərpası fonunda biz dərhal atəşkəs rejiminə qayıtmağa və yanvarın 19-da qüvvəyə minmiş razılaşmanın yerinə yetirilməsinə çağırırıq”, - sənəddə vurğulanıb.
Liderlər qeyd ediblər ki, yanvarda imzalanmış saziş israilli girovların və fələstinli məhbusların azad edilməsinə və onların təhlükəsizliyinə zəmanət verir.
Onlar həmçinin bildiriblər ki, Fələstin ərazilərinin ilhaqı cəhdləri qəbuledilməzdir:
“Üç dövlətin lideri fələstinlilərin öz torpaqlarından didərgin salınması planlarını və Fələstin ərazilərini ilhaq etmək cəhdlərini rədd edir”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay