Məhəmməd Nərimanoğlu ; Atadan oğula qalan yadigar:  “Əl işi” el işi

Yeni nəşrlər

Atadan oğula qalan yadigar: “Əl işi” el işi

Bilmirəm ki, haradan başlayım, onun uşaqlıq illərindən üzübəri göstərdiyi qeyri-adiliklərdən, yoxsa, “Əl işi”ndəkilərindən. Hər halda, bir köynək mənə “yad” olsaydı, bəlkə də daha ürəklə yazardım nələrisə. Bir neçə dəfə yazılarımda qeyd etmişəm ki, doğmalarım məndən inciməsinlər, “özgələr” haqqında daha ürəklə qələm çalmışam sanki, nəinki doğmalarımdan.
Bu dəfə öz balamdan, onun bədii irs daşıyıcısı olmasından yazacam. Amma buna ondan razılıq almayacam, baxmayaraq ki, o, bunu istəmirdi. İstəmir istəməsin. Bu dünyaya gəlişi də iştəyib-istəməməyindən asılı olmayıb ki.
Oxuculara yeni bir nəşr də təqdim edilir: “Əl işi” adlı. Bu, əl boyda (100 səhifəlik) kitabçanın müəllifi onu hekayə adlandırmışdı. Mən ilk oxucusu və redaktoru olduqda baxdım ki, hekayə nədir, əməlli-başlı povestdir. Bir neçə hissədən ibarət olan bu nəsr əsərini kiçik oğlum Kənan Sadıq-zadə yazıb. Amma kitabın müəllifi kimi imzası Nərimanlıdır. Oxucularım bilir, 40 ildən də artıqdır ki, təxəllüsüm, imzam (hələ atamın sağlığından) Nərimanoğludur. Qardaşım İbrahim də bu təxəllüsün ancaq mənə məxsus olduğunu bildiyindən, şeirlərini, məqalələrini və ilk kitabını Səfərlər imzasıyla təqdim etdi.
Budur, bir ildən də artıqdır ki, dönə-dönə oxuyub çapa hazırladığım “Əl işi”ni mətbəədən gətirdim. Hələ müəllifi kitabını görməyib. Axı, Gəncədədir. Çox çalışdım ki, kitabın təqdimatını qeyd edək, razı olmadı: “Ata, yox, hələ bir görək, oxuyub nə deyəcəklər”,-fikrindən sonra mən də tələsmədim. Lakin dünən-srağagün eşidəndə ki kitabı həvəslə çap edib bizə verən nəşriyyatın rəhbəri, çox hörmət etdiyimiz şəxsiyyətlərfən biri - Müşfiq müəllim qəfil infaktla dünyasını dəyişib, onda fikrimdən daşındım. Düşündüm: “Birdən mənim də başıma bir iş gələr, “Əl işi”nə münasibətimi nə oğlum-müəllif, nə də kitabın oxucuları bilməzlər. Ona görə də kitabı sosial şəbəkədə paylaşmaq qərarına gəldim.

“Əl işi” povesti maraqlı bir mövzuya həsr edilib. Müəllif çoxlarımıza tanış olan, lakin üstündən ötüb-keçdiyimiz bir mövzunun nə qədər ağrılı və aktual olduğunu diqqətdə saxlamaqla, cəmiyyətə ciddi mesaj verir.
Kitabn cildindən-üz qabığından başlayaq. Sadə olduğu qədər də mürəkkəb bir dizaynla verilib. Dizayn da müəllifin özünə aiddir. Mövzunu özündən yaxşı kim şərh edə bilərdi ki? Bu mənada kitabın üz qabığının da tərtibatı çox uğurlu alınıb. Bir-birini sıxan iki əl şəkli verilir. əllərin biri ağ, biri qaradır. Bu ta təsadüfi deyil. Kitabın üz qabığının arxasından oxuyuruq:
“Səhərlər birlikdə nahar etməyib, yatanda nağıl danışıb, “gecən xeyirə qalsın”,-deyə bilməyəcəksinizsə, uşaq dünyaya gətirməyin.
İlber Ortaylı.”
Əslində, iki gəncin həyat hekayəsindən bəhs edən əsərdə, az qala, bütün bir cəmiyyət (cavabdehlər, məzlumlar, məhkumlar və hakimlər) iştirak edir.
Yetimxana həyatının görünməyən məqamlarını qələmə alan gənc müəllif (hələ ona yazıçı demək olmaz, çünki, Nərimanlının eyni zamanda müasir, modern əbədi nümunələri də az deyil. Burada, yeri gəldikcə, nümunələr təqdim edəcəm, razı olsa da, olmasa da, bununla, əslində, ata-analara (uşaqların bu dünyaya gəlməsində cavabdeh olan tərəflər əsasən valideynlərdir) “dərs verir”, izah edir ki, uşaqlarınızın cəmiyyətə yararlı-yararsız olmasında məsuliyyəti ikiniz də daşıyırsınız (ata-analar).
Tamamilə haqlıdır müəllif. Ona görə də əsərin pereampulasında məhz İlber Ortaylıdan misal çəkir.
On altı fəsildən ibarət olan əsər əsasən danışıq dili ilə qələmə alınıb. Bu da onun həm oxunaqlılığını artırır, həm də hadisələrin daha yaxşı dərkinə yardımçı olur.
Əsər, yetimxanada böyüyüb, ata-anasını xatırlamayan Türkayla, valideynləri ayrıldığından, hər ikisinin sevgisindən uzaq düşən rəssam Buludun həyat hekayələrindən ibarətdir. Burada hadisələr hərdən öz axarı ilə getsə də, qəfildən ziddiyyətlərin kəsişməsi ilə kulminasiyaya qalxması da müəllifin bədii vasitələrdən məharətlə və yerində istifadə etməsi deməkdir.
Nərimanlı imzasıyla yazılan şeirlərini oxuduqdan sonra onun gələcəkdə qələm adamı olacağına məndə böyük ümid yarandı. Tik-Tok sosial səhifəsində paylaşdığı şeirlərindən bir neçəsini almanaxlarda dərc etdirən qələm adamlarına da minnətdaram. İlahinin verdiyi payı bölüşməklə, onun dadını-tamını da artırmaq olar, keyfiyyətini və gərəkliliyini də.
Bu anlamda mən Nərimanlıya yox demədim. Əgər ilahi təb ona (bizim kimi - bir nəsildən anamız və dayımız başda olmaqla, əgər 7 nəfər qələm adamı kimi tanınırsa, bu, Allahın lütvüdür, məncə) verilibsə, gizləmək, sonraya saxlamaq günah olardı.
Üzümə baxmağa sevgisi çatmır,
Nifrəti gözündən üzünə düşüb.
Bəhanə baxışlar büruzə verir,
Özgə qoxusunun izinə düşüb.

Danışdın, inanmaq istədim yenə,
Baxdım ki, yalanın sözünə düşüb.
Bir vaxtlar “baş üstə” olan o eşqin,
Alçala-alçala dizinə düşüb...


Yaxud, Nərimanlının bir “yeddilik” şeirinə baxaq:

Nə tez getdi əlimdən,
O gəncliyim, o çağım?!
Bir vaxt güldü, çiçəkdi,
İndi dağdı o bağım.

Qapımız açıq idi,
Dərd gətirdi gələnlər.
Cavan yaşda ağardı,-
Dən gətirdi gələnlər.

Hansı dosta arxalan,
Hansı dosta yan axı?!
Biri düz yol göstərsin,
Dağ-dağ oldu can axı...


Müəllifin sevimli oxucularına elə ilk səhifədəki müraciəti də maraqlıdır:
“Farabinin dediyi kimi, “Uzun danışanı qısa dinləməlisən”!
Artıq insanlar fikirlərini uzun-uzun da¬nış¬maq ye¬ri¬nə, qısa və özlü bir şəkildə çatdır¬mağı seçirlər. Mən də bu düşüncə ilə “Əl işi”ni yaz¬maq qərarına gəldim.
İlk bədii yazımdır. Kitabı oxuyandan sonra, kiçik bir za¬manınızı ayırıb, kitab haqqında fikirlərini¬zi elektron poçtuma göndərməyinizi xahiş edirəm:
sadiqzadakanan@gmail.com
Oxucuları intizarda saxlamamq üçün əsərdən kiçik bir hissəni nəzərlərinə çatdırmaq istərdim.Or
Müəllifə uğurlar,, oxucularına gözəl bədii əsərlər oxumaq diləyi ilə,

Bakı, 15 mart 2025-ci il.

Son xəbərlər

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031