
Xəbərlər
12.11.2023, 20:39
MƏHƏMMƏD NƏRİMANOĞLU: SƏNANLA KƏNAN - FOTO
SƏNANLA KƏNAN
İki görən gözlərimə
Tanrım mənə bir cüt bala veribdi,-
Ruhumda Sənandı, canımda Kənan...
Könlümdə boy atıb pərvazlanıbdı,
Damarımda Sənan, qanımda Kənan.
Biri yazan əlim, həm biləyimdi,
Oğul nədi, həmdərdim - gərəyimdi.
Arxa-köməyimdi, həm kürəyimdi,
Arxamda Sənan, yanımda Kənan.
Biri mənə atam, biri qardaşım,
Fikir-xəyalımdı, ağaran başım.
Biri yurd-yuvamdı, biri yurddaşım,
Axşamda Sənan, sabahımda Kənan.
Ruhumda Sənandı, canımda Kənan...
Könlümdə boy atıb pərvazlanıbdı,
Damarımda Sənan, qanımda Kənan.
Biri yazan əlim, həm biləyimdi,
Oğul nədi, həmdərdim - gərəyimdi.
Arxa-köməyimdi, həm kürəyimdi,
Arxamda Sənan, yanımda Kənan.
Biri mənə atam, biri qardaşım,
Fikir-xəyalımdı, ağaran başım.
Biri yurd-yuvamdı, biri yurddaşım,
Axşamda Sənan, sabahımda Kənan.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay