Aşıq Əhliman Şirvanlı: MƏHƏMMƏD  HƏM DƏ  SAZ ÇALIB, ŞİRİN AVAZLA OXUYUR - FOTO
MƏHƏMMƏD HƏM DƏ SAZ ÇALIB, ŞİRİN AVAZLA OXUYUR
Aşıq Əhliman ŞİRVANLI,
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi

Mən respublika ictimaiyyətinə yaxşı tanış olan Məhəmməd Nərimanoğlu ilə institutu birlikdə bitirmişəm. O, hələ tələbəlik illərində də peşəkar jurnalist kimi tanınır, dövri mətbuatda dərc olunan dadlı-duzlu, yumorlu, satiralı yazıları ilə tələbə dostlarını da sevindirirdi. Məhəmməd Nərimanoğlunun institut həyatından yaddaqalan xatirələri çoxdur. O, həm də ixtisas qrupunda qrup nümayəndəsi idi. Çoxlarından yaxşı oxuyurdu. Yəni, onun dərsə gəlməsə də, qiymət poroblemi olmazdı. Qrup rəhbəri, rejissor Həbib Qurbanov (Allah rəhmət eləsin!) Məhəmmədin xatirini xüsusi istəyirdi (indi istəməsin). Ləhcəsində şirinlik olduğuna görə, çoxları onu ordubadlı bilirdi.
Aşıq Əhliman Şirvanlı: MƏHƏMMƏD  HƏM DƏ  SAZ ÇALIB, ŞİRİN AVAZLA OXUYUR - FOTO

Məhəmməd Nərimanoğlu ilə təkcə tələbə dostu deyil, kəlbəcərli kimi də (Kəlbəcər sazın-sözün beşiyi olduğuna görə) xatiri əziz tutulanlardan idi. Çox şükürlər ki, bu gün də həmin məhəbbətlə sevilir və daha geniş auditoriyası var.
Məhəmməd qardaşımızla hərdən sənət mübahisəmiz olurdu. Mən Bəhmənlə Sücaətin yaradıcılığını, demək olar ki, əzbər bilirdim, amma bu qardaşımızın yaddaşında olanlar da silinib gedirdi, ona görə də zarafatla “kəlbəcərli sən yox, mənəm”,-deyəndə “halaldı sənə kəlbəcərlilik, amma sazı bizimkilər kimi çalsan”, şərti ilə məni kəlbəcərli kimi qəbul edirdi.
Məhəmməd Nərimanoğlunun ədəbi-bədii yaradıcılıq nümunələri bəs edir ki, onu yazıçı da, şair də adlandırasan. Lakin daim təvazökarlıq edən qardaşımız bunların heç birini qəbul etmir. Məhəmməd Nərimanoğlunun redaktəsi ilə mənim ilk şeirlər kitabım nəşr olunanda bir daha “aktyor tələbə” dostumun həm də şeir-sənət xiridarı olduğunu kəşf etdim.
Aşıq Əhliman Şirvanlı: MƏHƏMMƏD  HƏM DƏ  SAZ ÇALIB, ŞİRİN AVAZLA OXUYUR - FOTO

Tələbə dostumun bir xarakteri də mənim xoşuma gəlir. O, sovetlər dövründə neçə-neçə çap olunmamış qələm sahiblərinin yaradıcılıq nümunələrini toplayaraq nəşr etdirmişdir. Bu sırada olanlardan biri də mənəm. 2004-cü ildə “Araz” nəşriyyatında “Könlümlə danış, sazım” adlı şeirlər kitabım da məhz Məhəmməd Nərimanoğlunun redaktorluğu və ön sözü ilə çapdan buraxılmışdır. Mən onu bir daha həmin kitaba yazdığı “Söz tonqalının işığında” sərlövhəli ön sözündən də tanıdım.
İnstitut illərindən dostluq etdiyim Məhəmməd Nərimanoğlunun 50 illik yubileyinin keçirildiyini bilmədiyimi özümə bağışlaya bilmirdim. Mətbuatdan oxumuşdum ki, onun 50 illiyidir. Doğrusu, qəlbimdə bir balaca incimişdim də, biləndə ki, onun 50 illik yubileyi keçirilməyib, qəhərləndim. Bu tədbiri, ən azı, Kəlbəcər ictimaiyyəti, Azərbaycan Jurnalistlər Birliyi keçirməli, 10-15 ədəbi-bədii kitabın müəllifinin zehni zəhməti qiymətləndirilməli idi.
Məhəmməd Nərimanoğlunu təkcə jurnalist kimi qəbul eləmək olmaz. O, həm də çox yaxşı saz ifaçısıdır. Xeyli saz havası ifa edir və həm də şirin avazla oxuyur.
Məhəmməd Nərimanoğluya ikinci 50 illikdə Kəlbəcərdə görüşmək və orada təbrik etmək arzusundayam.

Son xəbərlər

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Havvaxanım Rüstəmovaya hökm oxundu

VƏZİR YETİRMƏYƏN TORPAQIN ŞAİRİ - Səməd Qaraçöp

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930