ÜMİDİM, AY ÜMİDİM...Məhəmməd NƏRİMANOĞLU
Ailəmizin ilk NƏVƏ nübar payı olan ÜMİDimizin 5 yaşı tamam olur. Hazırlıq kursuna gedən balamın budəfəki ad günündə Gəncədə, yanında ola bilmədik. Balamın qaqası DAVİDimizin də 1 yaşı tamam olub. Nənələrinin və babalarının şirin paylarına SÖZ TƏBRİKİ! 100 yaşa, ürəyim!

Ümid balamın5 yaşına
Babasından pay olsun,
Balam boy atsın, Allah,
Ata-anasına tay olsun!

Ay ümidim - pənahım,
Sənsən qolum-qanadım.
Böyü, boy at, kişi ol,
Sən nurlu birr sabahım.

Nəvə baldır, bal dadır,
Dili şəkər, baldadır.
Balam od baxışıyla
Babaları aldadır.

İncitməyir heç kəsi,
Saza çoxdur həvəsi.
Ümidin bülbül kimi,
Heyran qoyur nəğməsi.

Qucaqdan o, qucağa,
Qanad açıb, uçub hey!
Nənəsindən babaya,
Yüyürüb ey, qaçıb ey!

Beş yaşındadı balam,
Yazır-pozur, çəkir də.
O, qəsrimdi, həm qalam,
Yıxır, qurur, sökür də.

David adlı qaqasın,-
Ürək bilir, can bilir.
Sevir ata-anasın,
Damarında qan bilir.

Dost deyir babasına,
Şıltaq balam, gül balam.
Gəncəyə gələmmədik,
Sən Bakıya gəl, balam.


Babaları və nənələri adından
MəN (Məhəmməd Nərimanoğlu)
11 oktyabr 2022-ci il,
Bakı şəhəri, Müşfiqabad qəsəbəsi

ÜMİDİM, AY ÜMİDİM...Məhəmməd NƏRİMANOĞLU

Son xəbərlər

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031