İcazələrin statusu artıq “myGov” portalında - VİDEO
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib. Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçir, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya “yüklə” düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.

Alternativ olaraq portalın “Bütün xidmətlər” bölməsində “Qurumlar üzrə” alt bölməsinə keçid edərək açılan siyahıdan “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış” seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.

“myGov” portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin “myGov” platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda “myGov” portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.

"myGov" portalına giriş “ASAN Login” sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının “Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma", “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930