Xəbərlər
13.01.2025, 21:53
ELXAS COMƏRD : SEÇİCİ ŞANSI...-FOTO
SEÇİCİ ŞANSI...
Hörmətli İsmayıllılar !!!
Əziz İsmayıllı seçiciləri !!!
Əziz İsmayıllı seçiciləri !!!
Yanvar ayının 29 -u, hər birinizin həyatını dəyişə biləcək növbəti şans sizin ixtiyarınızdadır. Həmin gün Siz, yalnız öz rayonunuzda, illərdən sonra, əməlləri və etdikləri ilə özlərinə xoşagəlməz imic formalaşdırmış bələdiyyədən canınızı qurtarıb, SİZİN ÖZÜNÜZÜN BİRİ OLA BİLƏCƏK NAMİZƏDLƏRİ seçmək imkanınızdan yararlanıb, düzgün, ədalətli seçki keçirə bilərsiniz.
Bundan ötürü, müxtəlif təşkilat, partiya və öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş və qeydiyyata alınmış namizədlərin siyahısı qarşınızdadır...
Hələ ki, qarşıda saylı günləriniz var. Hər şeyi, özünüzün xeyrinizə dəyişmək imkanınız var. Edə biləcəyiniz dəyişiklik, yalnız, sizin seçici olaraq hər birinizin həyatında hiss olunacaq dərəcədə dəyişəcəyinə inananaraq düzgün seçiminizdən aslı olacaq.
Ona görə də, seçiminizdə göstərəcəyiniz qətiyyətli və ədalətli mövqeyinizdən çox şey aslıdır.
Mən, bir insan və vətəndaş olaraq sizin aranızdan, öz namizədliyini müstəqil şəkildə irəli sürmüş alim, şair, ictimai xadim, YAP - ın üzvü, fəaliyyəti zamanı haqqı - ədaləti hər şeydən üstün tutan Raqif Nazim oğlu Əsgərovu göstərə bilərəm.
Raqif Nazimoğlu bir şair kimi müasir ədəbiyyatımızda yaradıcılığı ilə imzasını təsdiq edən 63 kitab müəllifidir...
Raqif Əsgərov alim olaraq hüquq elminə öz töhfəsini "Ehtiyatsızlıqdan ölümə səbəb olma" dərs vəsaiti vermiş alimdir...
Raqif Nazim oğlu Əsgərov hər gün sizin aranızda olan hüquqşünas, vəkildir.
Raqif Nazimoğlu bir çox ictimai fəaliyyəti ilə nüfuz qazanan biridir.
İsmayıllı deyiləndə Musa Yaqub, Musa Yaqub dedikdə İsmayıllı yada düşən korifey sənətkarın dəfələrlə dəyərləndirdiyi, haqqında yüksək fikirdə olduğu, 89 saylı İsmayıllı Seçici Dairəsinin namizədliyi qeydə alınan həmin Raqif Nazimoğludu...
Raqif müəllimi 40 ildən yuxarı tanıyan biri kimi, tam əminliklə deyə bilərəm ki, əgər Siz, 89 saylı İsmayıllı Seçici Dairəsinin seçicisi olaraq, İsmayıllı rayon Bələdiyyə seçkilərində Raqif Nazim oğlu Əsgərova etimad göstərib, ona səs verərsiniz elə bilin ki, özünüzə səs verib, bələdiyyənin işində özünüz iştirak etmiş olacaqsınız.
Yəni, yeni seçiləcək Bələdiyyə qarşısında qaldıracağınız hər bir problem, inanın ki, öz iştirakınızla həll olunacaq...
Bu əminlik məndə hardandı...?
1) Raqif Nazimoğlunu tanıdığım 40 illik fəaliyyəti dövründə, onun, istənilən və ona müraciət edən hər bir şəxsin probleminin sona qədər həll edilməsinə göstərdiyi barışmaz mövqe sərgiləməsi və qoyulan bütün məsələlərin həllindən ;
2) Hər hansı bir məsələnin həlli zamanı qarşıya çıxan, həmin məsələlərin həllinə maneçilik törədən şəxsin (vəzifəsindən aslı olmayaraq) həll edəcəyi məsələnin həlli yolundan kənara çəkə bilməsindən ;
3) Həll etməli olduğu istənilən məsələdə göstərdiyi inadkarlığı, barışmaz mövqeyi, qalibiyyəti sevən biri olmasından ;
4) Ona edilən müraciətin hüquqi əsasları olmasını bildikdən sonra, hüquqi müstəvidə həllini bacarmağından ;
Mən, bu siyahını davam etdirə də bilərəm. Amma, sadəcə Siz seçicilərə, ədalətli seçkiminizdən sonra, seçkinizin həqiqət ola biləcək həqiqəti, seçdiyiniz namizədlə, SİZİN ÖZÜNÜZÜN BİRİ OLA BİLƏCƏK NAMİZƏDİN ÖZÜ OLA bilmənizdir...
Bu, sizin hər biriniz ola biləcək namizəd RAQİF NAZİM OĞLU ƏSGƏROVDUR...
Sizin hüquqnuzu, haqqınızı qoruya biləcək hüquqşünasınız, vəkiliniz ola bilən RAQİF NAZİM OĞLU ƏSGƏROVDUR...
SİZİN HƏR BİRİNİZİ, ƏDALƏTLİ, DEMOKRATİK, SABAH SİZİN BİRİNİZ OLA BİLƏCƏK NAMİZƏDƏ SƏS VERMƏYƏ ÇAĞIRIRAM...
BU RAQİF NAZİMOĞLUDU...
Elxas Comərd,
AYB-nin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



