Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxslərlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib
Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə cavabdeh şəxslərdən Fərrux Əsgərov iştirak etməyib.

İş üzrə zərərçəkən qisimdə tanınan Maqda Kovalyova bildirib ki, ailəsinin Fərrux Əsgərova 34 520 manat ödənişini sübut edəcək videogörüntü var. Hakim iddiaçı tərəfə həmin videogörüntünün CD-yə köçürülərək ekspertiza üçün məhkəməyə təqdim edilməsini bildirib.

Ötən prosesdə iddiaçı tərəf maddi ziyanın ölçülməsi üçün məhkəmə tərəfindən ekspertizanın təyin olunması ilə bağlı müraciət edib.

Məhkəmə 10 gün ərzində ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul edib.

Daha sonra cavabdeh Rabil Tağıyev məhkəmədə çıxış edib.

O, Maqda Kovalyovanı və ailəsini 4 ilə yaxın müddətdir tanıdığını və əvvəllər də onlarda işlədiyini, lakin problem yaşamadığını qeyd edib:

“Fərrux Əsgərov briqadanı ötən ilin may ayında çağırdı. Biz Maqda Kovalyovanın evində çalışmalıydıq. Lakin Fərrux Əsgərov təmirin aparılması üçün nə normal şəkildə material alıb gətirirdi, nə də bizim pulumuzu verirdi. Buna görə də biz işi saxladıq və başqa yerə işləməyə getdik”.

Rabil Tağıyevin çıxışından bəlli olub ki, Fərrux Əsgərov ustaların ona təqdim etdiyi xərclər cədvəlini dəyişib və ödənişi şişirdib. Belə ki, Rabil Tağıyevin evin tam şəkildə təmiri üçün xərcləri təyin etdiyi məbləğ 17 470 manat olsa da, Fərrux Əsgərov həmin məbləği əsassız şəkildə şişirdərək 23 470 manata dəyişib.

“Həmin evdə kiçik iş üçün Maqda xanım məni çağırdı. Elə həmin gün məndən soruşdu ki, ev üçün 30 min manata yaxın ödəniş olunsa da, evdə təmir işləri aparılmayıb. Mən ona təmir üçün 17470 manat pulun lazım olduğunu, bunu cədvəl şəklində hazırladığımı və bunu Fərruxa dediyimi bildirdim. Məsələni aydınlaşdırdıqdan sonra mən yenidən Maqda xanımla əlaqə saxladım. Xərclər cədvəlinin şişirdildiyini ona bildirdim. Bu işdə Fərruxun onu və ailəsi aldatdığını söylədim”.

Rabil Tağıyev əlavə edib ki, Fərrux Əsgərov xərclər cədvəlini şişirtməklə yanaşı, evdə görülən təmirdə ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə edib: “İlkin xərclər cədvəlini Maqda xanıma göstərdiyim üçün Fərruxla aramızda mübahisəm oldu. O, məni vurdu. Bununla bağlı polisə də müraciət etmişdim”.

Məhkəmə Fərrux Əsgərovun növbəti iclaslarda iştirak etmədiyi halda belə keçiriləcəyini proses iştirakçılarının nəzərinə çatdırıb.

Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil verəcəkləri ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 34 min manatdan çox pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsə də, heç bir addım atılmayıb.

Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.

Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930