İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - ŞƏRH
İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.

“Report” “Azad İran”a istinadən xəbər verir ki, molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.

Bununla da İran rəsmiləri növbəti dəfə Azərbaycan və Türkiyə prezidentlərinə düşmənçiliyini nümayiş etdirib. Sözügedən davranış nə bölgədə baş verən gerçəklərini anlamaqdan, nə də qarşılıqlı hörmət prinsiplərindən xəbər verir, əksinə nifaq siyasətini açıq şəkildə ortaya qoyur.

Məsələ burasındadır ki, İran mollaları özlərini siyasətçi kimi təqdim etməyə çalışırlar. Halbuki onların yeganə işi Quranı insanlara başa salmaq, onları dini rituallara əməl etməyə çağırmaqdır. Mümkündür ki, İran mollaları Bakıya qarşı çıxış etməzdən əvvəl hansısa qüvvələrdən icazə alırlar. Amma nəzərə almaq lazımdır ki, analoji çıxışlar nə Əbdülkərim Abedini, nə də onun kimi digərlərinin savadına, məntiqinə, intellektual səviyyəsinə uyğundur. Odur ki, onların səsləndirdikləri siyasi motivli fikirlər sadəcə gülüş və təəccüb yaradır. İran mollaları Azərbaycanı nə tənqid edəcək, nə də bu ölkənin rəsmi şəxsləri, o cümlədən birinci şəxsinə cavab vermək iqtidarında deyillər.

Üstəlik, belə bəyanatlar İran hakimiyyətinə başucalığı gətirmir. Əksinə, Azərbaycanla ikitərəfli münasibətlərə zərbə vurur. Rəsmi Tehran bunu nəzərə almalı və İran mollalarının ölkənin xarici siyasətinə müdaxiləsinin qarşısını almalıdır.

İran suveren dövlətdir. Belə olan halda əgər İranın xarici siyasətini mollalar idarə edirsə və onların səsləndirdikləri fikirlər qonşu dövlətlərlə münasibətlərə toxunursa, deməli, rəsmi Tehranın xarici siyasət kursu "yox" səviyyəsindədir. Odur ki, İran hakimiyyəti mollaların “siyasətşünaslığına” rəvac verməməli, əksinə, onların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini tələb etməlidir. Əks halda gələcək perspektivdə münasibətlərin pisləşməsinə məsuliyyəti rəsmi Tehran daşıyacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İran mollalarının Azərbaycana qarşı son vaxtlar səsləndirdikləri qeyri-adekvat fikirlərə münasibət bildirib. Ölkə lideri İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri "təhqir" adlandırıb. O, rəsmi Tehranın Azərbaycan xalqından üzr istəməsini tələb edib.

Son xəbərlər

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031