Xəbərlər
9.01.2025, 23:10
ŞƏKƏR ORQANİZMƏ ZƏRƏRLİDİR FİKİRİ ƏSASSIZ İDDİADIR - FOTO
MUSA QƏNİYEV,
Tibb Elmlər Doktoru, Professor
Son illər müxtəlif təbliğat vasitələrində "şəkərdən istifadə etməyin, şəkər ağır xəstəliklərə səbəb olur- şəkər zəhərdir" fikiri gündəmdədir. Əslində əsassız olan bu yanaşmaya görə, şəkərin orqanizmə təsiri haqqında ictimailəşdirilməsini zəruri bildiyim bəzi elmi həqiqətləri geniş oxucu kütləsilə bölüşməyi zəruri bildim.
Şəkərin zərərli olması haqqında söylənilən əsas iddialardan biri, şəkər qəbulunun hiperinsulinemiya ilə müşahidə olunan qanda şəkərin miqdarının kəskin artımı və sonda şəkər xəstəliyinə səbəb olma risklə bağlıdır. Əvvəla, adi halda qanda şəkərin miqdarının 70-80 mq/dl enişi üçün 2 TV insulin tələb olunur. Halbuki, normada mədəaltı vəzdən hər saatda 40 mkq insulin ifraz olunur. Bu miqdarın vahid zamanda hansı nisbətdə şəkəri parçalamasını adi hesablama ilə belə, müəyyən etmək çətin deyildir. Digər tərəfdən, tək şəkər deyil, sürətlə qlükozaya parçalanan digər qida qəbulu (məs. ağ çörək) fonunda da insulin ifrazının saçrayışlı artımı baş verir. Bu təbii, qanunauyğun və normal bir haldır.
İnsulin ifrazının artması tək karbohidrat mübadiləsinin tənziminə deyil, həm də baş beyində neyromediator sistemin modulyasıyasını səbəb olmaqla, “xoşbəxtlik hormonu” adlandırılan serotoninin endogen stimulyasiyasını törədir. Serotoninin strukturunun 9-tetrahidrokannabinol quruluşlu psixodeletiklərə oxşarlığı, insulin ifrazının atmasının həm də həyat eşqi və illuziv fəallığın formalaşmasındakı rolunu təsdiq edir. Alman alimləri insulinin endogen stimulyasiyası fonunda törənən bu halı hətta “xəyali xoşbəxtlik hissi” və endogen depressiv halın özünütənzim mexanizmi kimi təqdim edir.

Digər tərəfdən, şəkər ekstrapiramid nüvələrdə dofaminin biosintezini sürətləndirməklə, məlum lokalizasiyalı atrofik-degenerativ gedişli bəzi baş beyin patologiyaları zamanı (məsələn, Parkinson xəstəliyi ) korreksiyası daxili təlabatdan irəli gələn zəruri eksogen vasitə rolunu da oynayır.
Şəkər həm də Beta-endorfin reseptorlarını oyatmaqla, hipofizin orta payında bu hormonun biosintezini artıraraq, digər zəruri fizioloji effektlərlə yanaşı iştəhaəleyhinə təsir də göstərir. Başqa sözlə desək, söylənilənlərin əksinə olaraq, şəkər əslində iştahanı artırmır, iştahaya moduləedici təsir göstərir.
Bildirmək istəyirəm ki, şəkər adi yeyinti məhsusu deyil, o, orqanizmin daxili təlabatından irəli gələn təminat vasitəsi, ilk növbədə enerji mənbəyidir. Xüsusən beyin və əzələlərin normal fəaliyyəti üçün son dərəcədə zəruridir. Çatışmazlığı baş və onurğa beyininin qan təminatını pisləşdirir, başgicəllənmə, zəiflik, yuxululuq, intellektual fəallığın süstləşməsi, hətta şüurun qaranlıqlaşması və itməsinə səbəb ola bilər.
Təbii ki, şəkərin qədərsiz miqdarda qəbulunun piylənmə, ürək-damar sistemi xəstəlikləri və sair ciddi xəstəliklərin baş verməsində əsas risk faktoru olması da həqiqətdir. Lakin bu hal orqanizmdə şəkərə olan təlabat və təminat mexanizmlərinin pozulması və buna səbəb olan xəstəliklərin nəticəsi kimi meydana çıxır. Halbuki, rafinəolunmuş şəkərin belə, gün ərzində 50 qram və ya 12 çay qaşığı qəbulu endogen təlabatın ödənilməsi üçün normal miqdar sayılır. Digər tərəfdən, nəinki şəkər, istənilən yeyinti məhsulu, hətta adi suyun belə orqanizmin təlabatından artıq miqdarda qəbulu arzuolunmaz, yolverilməz və bir çox ciddi xəstəlikləri tətikləyən haldır.
Odur ki, şəkər qəbulundan imtina edilməsi deyil, onun daxili təlabatdan irəli gələn norma daxilində qəbulu təbliğ olunmalı və əhali arasında bu cür bilgilər yayılmalıdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay