Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.

Turaztv.az E-huquq.az-a istinadən xəbər verir ki, sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.

Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:

Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.

Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək.

Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.

Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edildiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.

Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.

Qeyd edək ki, sözügedən Plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış ola bilərsiniz.

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031