VİRUS İNFEKSİYASINA YOLUXMA KÜTLƏVİLƏŞİB VƏ YA METAPNEVMOVİRUS HAQQINDA HƏQİQƏTLƏR - FOTO
Musa Qəniyev
Tibb Elmləri Doktoru, Professor


Son vaxtlar Viral infeksiyaya yoluxmada kəckin artım müşahidə olunur. Bu hal, Mənim hələ 5 iyun 2023-cü ildə etdiyim xəbərdarlığın birbaşa təsdiqidir.
Xatırlamırsızsa, bir də oxuyun:
"... Elmi təhlil, DNT və ya RNT əsaslı epidemik xarakterli viral infeksiyanın növbəti dalğasının 2024-cü ilin payızın son, daha böyük ehtimalla isə, 2025-ci ilin ilk (yanvar- fevral) aylarına təsadüf edəcəyini mütləq şəkildə təsdiq edir"...
Bəli, dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, "kataral vəziyyər", səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan Viral infeksiya demək olar ki, hər bir evin, ailənin arzuolunmaz qonağıdır. Bununla bağlı kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı sir deyildir.

Həmvətənlərimizi ən çox narahat edən, son günlər Çində eyni klinik simptomlar verən yeni bir virusun- metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur. Digər xüsusi narahatlığa səbəb olan hal isə, dekabr ayının sonunda Tayvandda Money UDN nəşrində bu virusunun letallıq əmsalının 43%-ə yaxın olması haqqında söylənilən iddiadır.
Rəsmi mənbələrdə ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir. Əvvəla unutmamalıyıq ki, Biz sərhədlərin şəffaflaşdığı qloballaşan bir dünyada yaşayırıq. Odur ki, "dünən" dünyanın istənilən bir nöqtəsində hər hansı bir viral infeksiyaya yoluxma halı baş veribsə, "sabah" onun Bizim ölkəmizə və ya dünyanın istənilən bir ölkəsinə daşına biləcəyi tamamilə reallıqdır. Bu səbəbdən də, bu və ya digər infeksiya qonşu ölkələrdə var, hələ Bizim ölkəmizdə yoxdur və ya olmayacaq deyimi, tamamilə absurddur.
İndi isə, Metapnevmovirus haqqında:
VİRUS İNFEKSİYASINA YOLUXMA KÜTLƏVİLƏŞİB VƏ YA METAPNEVMOVİRUS HAQQINDA HƏQİQƏTLƏR - FOTO

Əvvəla, bu heç də söylənildiyi kimi yeni bir virus deyildir. Hazırda tənəffüs yolu infeksiyası törədə bilən və ümumi sayı 200-dən artıq olan virus ailəsi üzvlərindən biridir. Bizimlə 2001-ci ildə, yəni, Niderlanda (Hollandiya) 28 nəfər uşağın bu virusa yoluxduğu tarixdən deyil, 1959-cu ildən, yəni düz 65 ildir ki, yol yoldaşıdır. İki genotip (A və ???? və hər birinin iki subtipi olan bu virus, dünyanın hər yerində vardır. Cinsindən və irqindən asılı omayaraq, insanlar arasında bu virusa yoluxma daima baş verib və verir. Yoluxmada fəsli sıçrayışlara gəlincə isə, bu təbii və qanunauyğun bir haldır.
Virusun genom quruluşunda istər nöqtə, istərsə də xromosom parçalarının ayrılması kimi daha ciddi mutasiyalar, mövcudluğu tarixindən müşahidə edilməmişdir. Virusun genom quruluşunda nukleinlərin sıralanma ardıcıllığı isə, təqribən 43% nisbətində eyni ailədən olan respirator- sinsitial viruslarda (tənəffüs yolu infeksiyası törədən) olduğu kimidir.
Söylənilir ki, bu virus, xüsusən uşaqlar və yaşlı şəxslər üçün qorxuludur. Bildirirəm ki, bütün yaş qrupunda olan insanlar bu virusa həssasdır, yoluxa bilər və yoluxur.
VİRUS İNFEKSİYASINA YOLUXMA KÜTLƏVİLƏŞİB VƏ YA METAPNEVMOVİRUS HAQQINDA HƏQİQƏTLƏR - FOTO

Uşaqlara gəlincə, birincili uşaqlıq yaş dövrünün sonuna qədər (6 yaş) əksər uşaqlar, ikincili yaş dövrünün (9-10 yaş) sonuna qədər isə, mütləq şəkildə bütün uşadlar metapnevmovirus infeksiyasına yoluxur və sağalırlar. Yəni burada faciə kimi təqdim ediləcək qeyri-adi bir şey yoxdur.
Bəli, müxtəlif illərdə bu infeksiya zamanı aşağı tənəffüs yolunun xəstəlikləri ilə, yuxarı tənəffüs yolu xəstəlikləri arasında fərqlilik müvafiq olaraq 10,2%-36% və 1%-5% faiz nisbətində olub. Lakin bu hal, risk qrupunda olan xəstələrin (immun sistemi zəifləmiş, üzülmüş və s.) müqayisəli göstəricilərinin təhlili əsasında aparılıb.
Hazırkı virus infeksiyası ekliptik hərəkət boyunca ardıcıl növbələşən 3 dalğa şəklində davam etməlidir. Hazırki 1-ci dalğa, yanvar ayının ikinci yarısına kimi saxlanılacaq, sonra- fevral ayının 1-ci ongünlüyünə qədər (2-ci dalğa) yoluxmada stabilləşmə, ikinci ongünlüyündən etibarən (3-cü dalğa) kəskin zəifləmə, nəhayət mart ayının 2-ci ongünlüyündən etibarən sporodikləşmə və sönmə baş verəcəkdir.
Xəstələnmə zamanı fəsadlaşma və ya ikincili mikrob infeksiyası baş vermədiyi halda antibiotik, antibakterial dərman maddələri, eləcədə insanlarımızın çox sevdiyi “sistem vurdurmaq”, mütləq əks göstərişdir. Yoluxmanın ilkin və davam etdiyi müddətdə Müalicə prinsipi, bütün hallarda İnteqrativ Təbabətin tövsiyyə etdiyi meyarlar (dəstəkləyici və sanogenetik terapiya) üzrə aparılmalıdır.
VİRUS İNFEKSİYASINA YOLUXMA KÜTLƏVİLƏŞİB VƏ YA METAPNEVMOVİRUS HAQQINDA HƏQİQƏTLƏR - FOTO

Xəstə olmayan şəxsin maska taxması da məsləhət deyildi. Viral infeksiyalardan qorunmanın əsas yolu isə, həmişə dediyim kimi eynicinslilərin öpüşməsi kimi iyrənc vasitədən əl çəkilməsidir. Uşaqları öpmək isə, Viral infeksiyaların fəsli artımı dövründə ümumiyyətlə yolverilməzdir.
Son olaraq, yeni ilinizi təbrik edir, köhnə tarixlə qeyd edəcəyiniz yeni ilə sağlam, xəstəliksiz qədəm qoymağınızı arzu edirəm.

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031