“Ziraat Bank Azərbaycan” 10-cu ilini qeyd edir
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Selçuk Demir bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan “Anadolu” Agentliyi və “TRT Avaz” televiziya kanalının müxbirlərinə müsahibə verib. Müsahibə zamanı o, “Ziraat Bank Azərbaycan”ın ölkə bankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindən biri kimi vurğulayıb.

Selçuk Demir müsahibəsində bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2014-cü il 30 dekabr tarixində təqdim edilmiş lisenziya əsasında fəaliyyətə başladığını bildirib. “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri bankın 10 il ərzində gördüyü işlər və gələcək məqsədləri haqqında danışıb. O, bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər stratejı sahələrinə dəstək verdiyini, bu gün isə artıq bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmentlərinin “Ziraat Bank Azərbaycan”ın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğu bildirilib.

Selçuk Demir “Ziraat Bank Azərbaycan”ın dünyanın 19 ölkəsində və 125 nöqtəsində geniş xidmət şəbəkəsinə malik olan “Ziraat Maliyyə Qrupu”nun bir üzvü olduğunu xatırladıb. O qeyd edib ki, bankın əsas səhmdarı olan “T.C. Ziraat Bankası”nın 100-dən artıq müxbir şəbəkəsi və xidmət nöqtələrindən istifadə edərək, Azərbaycanın iş adamlarının dünya ilə ticarətində mühüm töhfələr verməkdədirlər. Bunun sübutu olaraq 2022-ci və 2023-cü illərdə ardıcıl olaraq iki dəfə bank Azərbaycanın “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” mükafatına layiq görüldüyü qeyd edilib. “Ziraat Bank Azərbaycan” xarici ticarət sahəsində məhsul çeşidliliyini artıraraq, yüksək xidmət keyfiyyəti və sürətli əməliyyatları ilə bu sahədəki uğurunu daha da möhkəmləndirməyi hədəfləyib. Bankın strateji prioritetlərindən birinin Azərbaycanın Türkiyə və digər ölkələrlə həyata keçirdiyi xarici ticarətdə iştirak payının artırılması və xidmət keyfiyyətinin hərtərəfli inkişaf etdirilməsi olduğu Selçuk Demir tərəfindən vurğulanıb.

“Ziraat Bank Azərbaycan”ın xidmət şəbəkəsi haqqında danışan Selçuk Demir filial sayını 11-ə çatdırmağı planlaşdırdıqlarını qeyd edib. O bildirib ki, hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 9 filialla xidmət göstərir.

“Yaxın günlərdə “Naxçıvan” və “Neftçilər” filiallarımızı müştərilərimizin istifadəsinə təqdim edəcəyik və beləliklə, bu il ərzində filiallarımızın sayını 11-ə çatdıracağıq. Bununla yanaşı, rəqəmsal xidmət nöqtələri də yaradırıq. Onlardan birincisini Qubada açacağıq,” - deyə bankın sədri məlumat verib.

Müsahibəsində insan resurslarının inkişafına toxunan S.Demir “Ziraat Bank Azərbaycan” əməkdaşlarının “T.C. Ziraat Bankası”nın Bankçılıq Məktəbində təhsil almalarını təmin etdiklərini vurğulayıb.

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri açıqlamanın sonunda əlavə edib: “Azərbaycan bankları arasında ilk 10-luqda daimi yer almaq istəyirik. Biz müştərilərimizin ehtiyaclarını qarşılamaqla yanaşı, Azərbaycanın iqtisadi inkişafına dəstək göstərməyə davam edəcəyik. Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə iş adamlarının investisiya və kommersiya fəaliyyətlərinə vasitəçilik etmək üçün əlimizdən gələni edirik. Texnologiyasını inkişaf etdirən və infrastrukturunu gücləndirən bir bank olaraq “Ziraat Bank Azərbaycan” yoluna davam edir”.

Müsahibənin geniş variantı ilə “Youtube”da və “Anadolu” Agentliyinin saytında tanış olmaq mümkündür.
“Ziraat Bank Azərbaycan” 10-cu ilini qeyd edir

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031