ADB sosial müdafiə xidmətlərinin göstərilməsinə özəl sektorun cəlb edilməsində Azərbaycana kömək edəcək

Asiya İnkişaf Bankı (ADB) “Mərkəzi və Qərbi Asiyada sosial müdafiə xidmətlərinin göstərilməsinə özəl sektorun cəlb edilməsi” texniki yardım layihəsi çərçivəsində 300 min ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiqləyib.

“Report” ADB-yə istinadən xəbər verir ki, 2026-cı ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan layihə regionun 9 ölkəsini, o cümlədən Azərbaycanı əhatə edəcək.

İştirakçı ölkələrin hökumətləri işçi heyəti, ofis sahələri, inzibati xidmətlər və digər qeyri-maddi resurslar şəklində dəstək göstərəcək.

"Regionun sosial müdafiə sistemləri xidmətlərin səmərəsiz, əhatə dairəsinin məhdud, hədəfləmə mexanizmlərinin zəif olması, resurs çatışmazlığı və böhranlara inzibati hazırlığın aşağı səviyyədə olması kimi bir sıra problemlərlə üzləşir. Həssas əhali qrupları - qadınlar, yaşlılar, gənclər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkünlər, qaçqınlar, evsizlər və əlilliyi olan şəxslər üçün bu xidmətlərin əlçatanlığı qənaətbəxş deyil.

Bununla yanaşı, dövlət müəssisələri resurs çatışmazlığı, köhnəlmiş infrastruktur, bürokratik maneələr və “bir pəncərə” mexanizmlərinin olmaması ilə üzləşir. ADB-nin layihəsi özəl sektorun təcrübəsi və innovasiyaları hesabına bu problemlərin aradan qaldırılmasına yönəlib və çevik, iqtisadi cəhətdən səmərəli və genderə həssas həllər yaradır", - bankın hesabatında qeyd olunur.

Layihə 4 əsas istiqaməti əhatə edir. Diaqnostik araşdırma çərçivəsində sosial müdafiə sistemlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, əngəllərin, o cümlədən gender maneələrinin aşkarlanması və özəl sektorun iştirakı üçün imkanların müəyyən edilməsi nəzərdə tutulur. Modernləşdirmə strategiyası sosial müdafiə sistemləri və xidmətlərinin təkmilləşdirilməsinə özəl sektorun cəlb edilməsi planının hazırlanmasını, eləcə də dövlət və özəl strukturların məqsədlərinin razılaşdırılmasını nəzərdə tutur. Üçüncü istiqamət ilkin texniki-iqtisadi əsaslandırmalar da daxil olmaqla özəl sektorun iştirakı ilə pilot layihələrin siyahısının hazırlanmasını əhatə edir. Dördüncü istiqamət çərçivəsində isə regional seminar keçiriləcək və beləliklə, region ölkələri arasında təcrübə mübadiləsinin aparılması və nəticələrin yayılması üçün virtual platforma təşkil ediləcək.

ADB qeyd edir ki, texniki yardım sosial müdafiə sistemlərini təkmilləşdirməyə, gender bərabərsizliyini azaltmağa, həssas qruplar üçün xidmətlərin əlçatanlığını artırmağa və gələcək çağırışlara səmərəli cavab verə bilən dayanıqlı mexanizmlər yaratmağa imkan verəcək. Sosial xidmətlərin idarə edilməsində yüksək texnologiyaların tətbiqinə, innovativ maliyyə mexanizmlərindən istifadəyə və dövlət-özəl tərəfdaşlığı modellərinin inkişafına xüsusi diqqət yetiriləcək.

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031