Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara bəd xəbər
Məlum olduğu kimi ötən il “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər təsdiqlənib. Nəticədə hərbi xidmətə çağırışla bağlı yaş həddi 35-dən 30-a endirilib. Həmçinin Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişikliklər üzrə müzakirələr də olundu. Ümumiyyətlə yeni qaydalara görə vaxtilə hərbi komissarlıqda “xidmətə yararsız” adı ilə hərbi bilet alan şəxslərin sağlamlığı yenidən yoxlanılacaqmı? Yoxlama nəticəsində şəxsin hərbi xidmətə yararsız olmadığı aşkarlana bilərmi və belə olan halda həmin şəxs məcburi şəkildə hərbi xidmətə cəlb edilə bilərmi?

Mövzu ilə bağlı hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli Referans.az -a açıqlamasında deyib ki, silahlı qüvvələr sahəsində ölkəmizdə islahatlar davam edir. Bu islahatlar hərbi xidmətə çağırış sahəsində də davam etməkdədir. Bu istiqamətdə qanunvericilikdə dəyişikliklər başlayıb. Əsasən də 2020- ci ildəki Zəfərdən sonra hər kəs bu sahədə dəyişikliyi gözləyirdi. Qarşıdakı zamanlarda bu sahədə hüquqi islahatlar da davam edəcəkdir.
Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara bəd xəbər

Emin Həsənli həmçinin orduya yararsız olan şəxslər barədə də danışıb. O bildirib ki, bu kateqoriyadan olan şəxslərə sağlamlığından asılı olaraq müxtəlif vaxtlarda möhlət hüququ verilir. Bu müddət isə 6 aylıq, 1 illik və 3 illik olur. Bu müddət də tamam olduqdan sonra isə o şəxslər təkrar həkim komissiyasından keçirilirlər. Son qərarı isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Ekspertiza mərkəzi tərəfindən verilir. Həm də əlilliyin təyin olunması istiqamətində də bu mərkəzin təcrübəsi kifayət qədərdir.
30 yaşı tamam olmayan hərbi çağırışçıların hər biri qanunvericiliyə uyğun olaraq həmin müddət tamam olduqda isə təkrar tibbi komissiyanın yoxlanışından keçirilməlidirlər. Bu sahədə son dövrlərdə ölkəmizdə bir çox işlər görülüb. Və nəticədə də xeyli sayda hərbi çağırışçılar orduda xidmətə cəlb olunublar.
Emin Həsənli onu da vurğulayıb ki, bütün bu proseslər qanun çərçivəsində müasir qaydalara uyğun və tam şəffaf şəkildə həyata keçirilir. Həmçinin burada vətəndaş məmnuniyyətini təmin etmək, ədaləti qorumaq paralel olaraq da dövlətin milli maraqlarını qorumaqla gerçəkləşdirilir.
"Azərbaycan dövləti bu sahəyə hazırda xüsusi qayğı göstərir. Bu gün ölkəmizdə silahlı qüvvələrimizin həm hərbi büdcəsi artırılır həm də yeni islahatlar davam edir. Bu islahatlar gələcəkdə də davam edəcəkdir", - deyə hərbi ekspert qeyd edib.

Bünyamin Bünyadzadə
Referans.az

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031