Rəsmi Bakının antikolonial çıxışları - Fransa prezidentinin əsassız iddiası - ŞƏRH


Fransa prezidenti Emmanuel Makron ənənəsinə sadiq qalıb, 2024-cü ildə olduğu kimi, bu il də Azərbaycana qarşı mübarizəni prioritet elan edib. O, səfirlərlə görüşündə Azərbaycana qarşı əsassız iddia və real faktları təhrif edən təxribat dolu açıqlamaları ilə gündəmə gəlməyə çalışıb. İddia edib ki, Azərbaycan Fransanın daxili işlərinə qarışır.

“Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək Azərbaycanın fəaliyyətini dəstəkləyib”, - deyən Makron əlavə edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb”.

Azərbaycan Xarici İşlər Nazirliyi Makronun cəfəng dolu çıxışına dərhal cavab verib. Fransanın Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etmədiyi vurğulanıb.

Makronun bəyanatı, ilk növbədə, Azərbaycanın gücü, qüdrəti, həyata keçirdiyi antikolonial siyasətin uğurunun etirafıdır. Məhz 2020-ci ildən sonra rəsmi Bakının başlatdığı fəaliyyət nəticəsində Fransa və digər keçmiş müstəmləkə ölkələrində azadlıq hərəkatı geniş vüsət alıb. Hətta Fransa bir sıra keçmiş müstəmləkələrindən birdəfəlik, özü də biabırcasına qovulub. Ən geniş etirazlar isə Makronun da bəhs etdiyi Yeni Kaledoniyada yaşanıb.
Rəsmi Bakının antikolonial çıxışları - Fransa prezidentinin əsassız iddiası - ŞƏRH

Makron açıqlamasında iddia edib ki, rəsmi Bakı bu bölgədə vəziyyətin gərginləşməsinə rəvac verən hərəkətlərə yol verib. Halbuki, etirazlar tək Yeni Kaledoniyada deyil, digər dənizaşırı ərazilərdə, o cümlədən keçmiş müstəmləkələrdə də baş qaldırıb. Makron Fransası da indi baş verənlərdən nəticə çıxarmaq, problemləri həll etmək əvəzinə, Azərbaycanı hədəfə alıb. O, dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəbini Azərbaycanda görməklə yanlış yolda olduğunu bir daha təsdiqləyib. Yaxşı olardı ki, prezident Azərbaycanı təqsirləndirmək əvəzinə, səriştəsiz xarici siyasətindən dərs çıxarardı.

Makron böyük ehtimalla Azərbaycanı hədəfə alarkən Fransa və digər ölkələrin neokolonializminə qarşı mübarizə məqsədilə yaradılan Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini nəzərdə tutub.

BTQ-nin ötən il hazırladığı hesabatda vurğulanıb ki, 2025-ci ildə kolonizasiya bölgələrinin sayı daha çox olacaq.
Rəsmi Bakının antikolonial çıxışları - Fransa prezidentinin əsassız iddiası - ŞƏRH

Təşkilat indiyə qədər beyin mərkəzi kimi 7-dən çox hesabat hazırlayaraq təqdim edib. Ötən il 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin, BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu, son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi.

BTQ tərəfindən 5 memorandum imzalanıb və 5 region üzrə QHT-lər, təşkilatlarla sıx əməkdaşlıq edilir.

Makronun narahatlığı da bunlardan irəli gəlib. Halbuki Azərbaycan heç vaxt Fransanın daxili işlərinə qarışmayıb.

Prezident İlham Əliyev də son müsahibələrindən birində buna ətraflı toxunub.

“Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var", - Prezident deyib.
Rəsmi Bakının antikolonial çıxışları - Fransa prezidentinin əsassız iddiası - ŞƏRH

İlham Əliyev Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması hallarını diqqət mərkəzinə çəkərək, Makron rejiminin Yeni Kaledoniyada kanakların legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyduğunu, 169 nəfəri yaraladığını və 1700 insanı həbs etdiyini bəyan edib.

Bütün bunlara baxmayaraq, Fransanın atdığı addımlar heç bir Qərb dövləti, və hüquq-müdafiə təşkilatları tərəfindən pislənmədi. Bu da o deməkdir ki, onlar günahsız insanların qətlinə görə Makron hökuməti ilə məsuliyyəti bölüşürlər.

Azərbaycan isə qeyd olunan bölgələrə, kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcək.

Bütün bunlar Makron Fransasını özündən çıxarır. O, ölkəsinin daxili problemlərindən fikri yayındırmaq üçün hər yola əl atır. Afrikadakı uğursuzluqları da bu qəbildəndir. Məsələn, Mali, Burkina-Faso və Niger Fransanın hegemonluq etdiyi Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOVAS) tərk edib. Səbəb kimi də ECOVAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab etmələridir.
Rəsmi Bakının antikolonial çıxışları - Fransa prezidentinin əsassız iddiası - ŞƏRH

Daxili problemlərə gəldikdə, ölkə 2025-ci ilə dövlət büdcəsini təsdiqləmədən daxil olub. Yəni ölkə hazırda 2024-cü ilin büdcəsi ilə ayaqdadır. Makron isə bu məsələyə bir yerdə belə toxunmur. Yeni baş nazir Fransua Bayru ümidvardır ki, büdcəni fevralın ortalarına kimi razılaşdıra biləcəklər. Lakin buna da ümid azdır. 2024-cü ildə dördüncü baş nazir olan bu şəxs siyasi partiyalarla razılıq əldə ediləcəyinə ümid edir.

Makronun çirkin siyasətinə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi də qoşulub və separatizmə dəstək nümayiş etdirib. O, Milad bayramı münasibətilə təbrikində Qarabağı könüllü tərk edən erməniəsilli şəxsləri xatırladıb. Özünü regionun "dərin bilicisi" kimi təqdim edən bu şəxs “unudur” ki, Qarabağdan Ermənistana gedən insanlar qaçqın deyillər, çünki onlar erməni pasportları daşıyırlar və Azərbaycan ərazisində qanunsuz yaşayıblar. Əgər Qarabağ erməniləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanuni yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər.

Bütün bunlar ondan xəbər verir ki, Fransa hakimiyyəti üçün 2025-ci ildə də prioritet anti-Azərbaycan fəaliyyət olacaq. Lakin hökumət unudur ki, nə qədər qərəzli, riyakar siyasət yürütsə də, uğursuzluqları davam edəcək. Ən əsası isə onun əleyhinə olacaq aksiyalar daha geniş vüsət olacaq.(Report)

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031