Hələ çox çəkəcək ölüncə insan - FOTO
Hələ çox çəkəcək ölüncə insan.

Qış kimi soyuqdur nə üçün insan,
İtibdir etibar qalmayır güman,
Sığışmaz qədəri pisliyi ümman,
Qəddi qürurunu əzəndə insan.

Od versən alışar ocağın közü ,
Yalana bələnir yox sözün düzü,
Pərdəsiz olanda insanın üzü ,
İnciyir dümyadan bezəndə insan.

Pisləri çoxalır bilmirəm nədən,
Oyuncaq sananda dünyanı gendən,
Günah özündədir inciyir səndən,
Xam xəyal qoynunda gəzəndə insan.

İnamsa qırılır ümüd üzülür,
Badəyə söz əvəz zəhər süzülür,
Hər yalan kəlmələr dildə düzülür,
Yalanı yan-yana düzəndə insan.

Xatırla bu dünya deyildir belə,
Odu axtarma sən baxanda külə,
Dənizdir deməzlər zərrəcik gölə,
Həqiqət gölündə üzəndə insan.

Qəm acı, can şirin kimdədir günah?
Bilinmir üzünə açılan sabah,
Şəhla ağrıyan can çəkərsə bir ah,
Hələ çox çəkəcək öləndə insan.


Şəhla Xəlilqızı.
13.12.2020

Hələ çox çəkəcək ölüncə insan - FOTO

Son xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31