Burada çalışacaq müəllimlərə güzəştlər VERİLƏCƏK – Yaşayış yeri təyin olunacaq
Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.

Turaztv.az Qlobal.net-ə istinadən xəbər verir ki. bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Maraqlıdır, Qarabağ Universitetində çalışacaq müəllimlərə hansı güzəştlər verilə bilər?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov Oxu.Az-a açıqlama verib.
“Qarabağ Universiteti hazırda regionda tanınmış olması məqsədi ilə kifayət qədər dövlət dəstəyi və təklifləri özündə birləşdirən ali təhsil müəssisəsidir. Ən yaxşı hal isə abituriyentlərin də Qarabağ Universitetini seçməsidir. Yüksək ballı abituriyentlər artıq öz seçimlərini edirlər. Nazirlik bəyan edir ki, müəllimlər üçün yaşayış yeri təyin olunacaq. Bu yaxşı bir güzəştdir.
Müəllimlər artıq məişət qayğılarından uzaq olacaqlar və daha çox tədris prosesinə fokuslanacaqlar. Başqa güzəştlərin ola biləcəyini isə zaman göstərəcək. Hazırda Qarabağ Universitetinə müəllimlər tərəfindən böyük rəğbət var. Elan olunan dekanlar və ya digər məsul şəxslər vəzifələrinin peşəkarlarıdır. Qarabağ Universitetində işləyəcək müəllimlərin əməkhaqları qabaqcıl universitetlərin maaşları ilə də rəqabət edə biləcək halda ola bilər. Hazırkı vəziyyət onu deməyə əsas verir”.
Ekspert növbəti illərdə Qarabağ Universitetində tədris prosesinin hansı şəkildə deyişəcəyi barədə məlumat verib:
“Qarabağ Universitetinə göndərilən rəhbər işçilərin əksəriyyətinin karyerası kifayət qədər yüksəkdir. Müəllimlər mənəvi dəstək və maddi olaraq müəyyən dərəcədə rəqabətli əməkhaqqı, imtiyazlardan faydalanmaq üçün Qarabağ Universitetini seçə bilərlər. İlkin etap üçün bu addım çox müsbətdir. Növbəti illərdə dünyanın qabaqcıl və tanınmış ekspertlərini Qarabağ Universitetinə dəvət etmək olar. Bununla bağlı müxtəlif imkanlar da mövcuddur. Dünyada öz sözünü demiş azərbaycanlı və əcnəbi alimlər Qarabağ Universitetinə dəvət oluna bilərlər”.
Qeyd edək ki, müəllimlik vakansiyası üzrə namizədlər müraciətlərini mövzu yerinə “(istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 19 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla burada tanış ola bilərlər:
Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar qəbul olunur. Vakansiya üzrə son müraciət tarixi iyulun 22-də bitir.

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031