Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır


İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib.

O. Abbasov bildirib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək:

“Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16 iyul-30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, Rus bölməsi üzrə isə 18 iyul- 1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək”.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı olan uşaqlar (2019-cü il təvəllüdlü) qəbul edilirlər. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031