Ərdoğan: Qonşumuz Suriyaya həmişə dostluq əlimizi uzatmışıq və bundan sonra da uzadacağıq
“Qonşumuz Suriyaya həmişə dostluq əlimizi uzatmışıq və bundan sonra da uzadacağıq. Ədalətli, əhatəli yeni sosial razılıq əsasında qurulacaq Suriyanın yanında olacağıq”.

Turaztv.az APA-ya istinaden xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 24-cü Zirvə Toplantısında iştirak etmək üçün getdiyi Qazaxıstandan geri qayıdanda jurnalistlərin suallarını cavablayarkən deyib.

"Cənab Putin və Bəşər Əsədə dəvətimiz ola bilər. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni bir prosesin başlanğıcı ola bilər", deyən Ərdoğan qalıcı bir həll mexanizminin qurulmasının vacibliyini vurğulayıb.

Ərdoğan daha sonra sözlərinə belə davam edib: “İnfrastrukturu dağıdılan, əhalisi səpələnmiş Suriyanın ayağa qalxması və qeyri-sabitliyə son qoyması vacibdir. Sahədəki son sakitlik, qərəzlərdən uzaq, ağıllı siyasətlər və həll yönümlü yanaşmalar sülhün qapısını aça bilər. Suriyanın gələcəyinin qurulması üçün terror strukturlarının əməkdaşlıq və ayrı-seçkilik olmadan məhv edilməsi vacibdir. Suriyada əsəcək sülh küləkləri və Suriyanın hər yerində canlanacaq sülh mühiti müxtəlif ölkələrə səpələnmiş milyonlarla insanın öz ölkələrinə qayıtması üçün də lazımdır. Qonşumuz Suriyaya dostluq əlimizi həmişə uzadmışıq və bundan sonra da uzadacağıq. Biz həmişə ədalətli, şərəfli və əhatəli yeni sosial müqavilə əsasında bir-birimizi qucaqlayan firavan, vahid və bütöv Suriyanın yanında olacağıq.”

Son xəbərlər

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Azərbaycanda ov mövsümü açılır

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Sözə sədaqətin yolu - FOTOLAR

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031