“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
Martın 14-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XI Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Seragəldin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, XI Qlobal Bakı Forumunun iştirakçısı olan nüfuzlu şəxslər qatılıblar.

Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münxen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, tədbirin təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə minnərdarlıqlarını bildiriblər. Onlar Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlərin müzakirə olunduğu və onların həlli yolları ilə bağlı fikir mübadilələrinin aparıldığını bildiriblər.

Onlar “Maliyyə böhranından necə çıxmalı” mövzusuna toxunub, mülahizələrini səsləndirib, sabitliyin qorunması üçün maliyyə böhranının aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Sonra “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın 2024-cü il üzrə qaliblərinin adı açıqlanıb.

Beynəlxalq mükafata Albaniya Prezidenti Bayram Beqay, Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münxen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger layiq görülüblər.

Mükafatçılar təltif olunmalarındanfəxr və qürur hissi keçirdiklərini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gördüyü nəcib işlərdə ona hər zaman dəstək göstərəcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Nizami Gəncəvi Beynəlxalq mükafatı” 2012-ci ildə təsis edilib. Mükafat böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri özündə cəmləşdirən çox görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunur.
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR
“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib - FOTOLAR

Son xəbərlər

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031