Elinin fəxri idi Rafiq... - FOTO
Elinin fəxri idi Rafiq...

İctimai səciyyələr təqdimatlarla xarakterizə olunur. Hər təqdimat da özündə geniş ictimai proseslər ehtiva edir. Elə 11 mart 2024-cü ildə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şairə Zeynəb Bəhmənlinin "Yuxuma gəl, şəhid balam" kitabının təqdimat mərasimi də bu müstəvidə zəmin tapdı. Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, onların ruhlarına dualar oxundu, qazilərimzə Allahdan şəfa diləndi.
Mərasimi AYB-nin katibi İlqar Fəhmi açıq elan etdi, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan ətraflı bəhs etdi.

Sonra kitabın redaktoru şairə Qızbəs Qəbələliyə söz verildi. Qızbəs xanım aparıcı qismində qonaqları salamladı, kitabın müəllifi Zeynəb Bəhmənlinin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verdi, şəhid Allahverdiyev Rafiq Gülüş oğlu haqqında danışdı, bildirdi ki, o, 25 yanvar 1970-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub, həmin kənddə səkkizillik məktəbə gedib, 9-10-cu sinifləri başqa məktəbdə oxuyub, hərbi xidmətə gedib. Hərbi xidmətdə ikən separatçı erməni daşnakları havadarları ilə birləşib Azərbaycan Respublikasına qarşı torpaq iddiası ilə təxribatlar törədib. 1990-cı ildə Rafiq hərbi xidmətini başa vurub boya-başa çatdığı kəndə qayıdıb. Bir müddətdən sonra könüllü olaraq özünümüdafiə dəstəsinə qoşulub.
Elinin fəxri idi Rafiq... - FOTO

1992-ci ildən rəsmi olaraq Azərbaycan ordusunun əsgəri kimi Qarabağda gedən bir sıra döyüşlərdə iştirak edib, Tuğ, Salakətin, Hoğa, Qaradağlı, Qacar uğrunda gedən döyüşlərdə şücaət göstərib. 1994-cü ilin 30 yanvarında Vətən eşqi ilə döyünən ürəyi erməni separatçılarının snayper gülləsinə tuş gəlib, şəhadətə ucalıb.
Qızbəs xanım 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət haqda da ətraflı danışdı, sonra çıxış üçün sözü şair Mürvət Qədimoğluna verdi.
Elinin fəxri idi Rafiq... - FOTO

Daha sonra "Sosial Dövlət Naminə" İctimai Birliyinin sədri Faiq Əhmədov, şəhid Rafiq Allahverdiyevin əmisi oğlu Ələddin Xankişiyev, şair-publisist Rauf İlyasoğlu, yazıçı-publisist, "Bütöv Azərbaycan" qəzetinin şöbə müdiri Hüseyn İsaoğlu, şairlər Şərqiyyə Süleymanlı, Nazlı Hacılı, Şəhla Lətifqızı, Sara Göyçəli, Saday Qazaxlı, Püstə Sahibqızı, Tubu İmanova, Sədaqət Şıxlı, iş adamı Kamandar Əliyev təqdim olunan kitabın mahiyyətindən, aşıladığı vətənpərvərlik hissindən danışdılar, şəhid Rafiq Allahverdiyevin keçdiyi döyüş yolundan, ona həsr olunmuş şeirlərdən parçalar söylədilər.
Son olaraq kitabın müəllifi Zeynəb Bəhmənli tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Tədbir yaddaşlarda bir Vətən ovqatı əxz etdi.
Elinin fəxri idi Rafiq... - FOTO

Hüseyn İsaoğlu (Məmmədov),
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

Son xəbərlər

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR

Yubileyi günü vəzifəsinin icrasına başladı

Avropanın ən yaşıl şəhəri seçiləcək: 8 namizəd, 600 min avroluq mükafat

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Bu vətəndaşların kredit borcu silinəcək

Ramil Usubovun ailəsində - Ağır itki

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb

Sabah Bakıya və rayonlara yağış yağacaq

Qəzənfər Məsim oğlu : MÜƏLLİMİM - FOTO

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib

Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib

Ermənistanda sərxoş sürücü polislərə atəş açıb

İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031