
"Seçkinin mediada işıqlandrılması" mövzusunda informasiya sessiyası keçirilir

Bakı şəhərində Hilton otelində "Seçkinin mediada işıqlandrılması" mövzusunda informasiya sessiyası keçirilir.
Bizimyol.info xəbər verir ki, tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Herneys çıxış edib.
Z.Herneys öz çıxışında deyib ki, seçkilərin uğurla keçirilməsində meduanın rolu böyükdür: "Avropa Şurası Nazirləri Nazirlər Komitəsinin üzv dövıətlərdə siyasi seçkilərin keçirilməsi ilə bağlı qəbul eyətdiyi sənədlərə toxunan Zlotan Herneys mrdianın işıqlandırılmasında jurnalistlərin peşə etikasına əməl olunmasını vacib sayır".
Sonra sessiyada Prezident Administrasiyasının şöbə müdirinin müavini Səadət Yusifova çıxış edərək deyib ki, ölkə əhalisinin 80 faizi internetə çıxış əldə edib: "Onların 67 faizindən çoxu informasiyaları internet resurslarından alır. Buna görə sosial media seqmentlərinin rolu böyükdür".
O deyib ki, 40 kütləvi informasiya vasitəsi seçkilərin ödənişli təşviqatına cəlb edilib. Onlardan biri televiziya kanalı, 9-u qəzet, qalanı isə saytlar və informasiya agentlikləridir. O deyib ki, 1534 qeydə alınmış namizədin 300 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir: "Bu günə qədər hər dairəyə orta hesabla 11 namizəd düşür. Bu da seçkilərdə alternativliliyin təmin olunması deməkdir".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








