Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq bildirib ki, müvəkkili və uşaqları ilə əlaqə tamamilə kəsilib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət olunub.

Heyq sonuncu dəfə Zeynəb Cavadlı ilə bir gün əvvəl danışdığını, daha sonra isə bütün rabitənin dayandığını qeyd edib. Vəkil iddia edir ki, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının evinə gələrək onu və üç qızını aparıblar.

Məlumata görə, Cavadlının anası da qızına dəstək olmaq üçün Dubaya gedib. Lakin o, evin bağlı olduğunu görüb və ölkədən çıxışına icazə verilmədiyini bildirib.

Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsini tələb edib. Qərarda zərurət yaranacağı təqdirdə bunun məcburi qaydada icra oluna biləcəyi qeyd olunub.

Keçmiş milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı videomüraciətdə uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi.

Devid Heyq bildirib ki, məsələ ilə bağlı BMT çərçivəsində hüquqi prosedurlar başladılıb və beynəlxalq təşkilatlar vəziyyətə müdaxilə etməyə çağırılıb.

Dubay polisi və Şeyx Səidin hüquqi nümayəndələri tərəfindən iddialarla bağlı rəsmi açıqlama verilməyib.

Son xəbərlər

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq

Xəzərdə zəlzələ olub

Britaniyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930