Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib, ölən var - YENİLƏNİB-2 - ADLAR
Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub.

APA xəbər verir ki, ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu Kazımovdur.

Dəm qazından zəhərlənənlər adı isə aşağıdakı kimidir:

Kazımova Müxlisə Hacı qızı (1958);

Kazımova İlahə Əmrah qızı (1999);

Kazımova Aelyna Rahib qızı (2020);

Kazımova Anuro Rahib qızı (2022).

***

Saat 19:45

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, hadisə nəticəsində 1958-ci il təvəllüdlü Kazımov Sabir Süleyman oğlu ölüb.

İkisi azyaşlı olmaqla isə 4 nəfər zəhərlənib. Onlar ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

***

18.18

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

17:48

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.

Onlardan birinin öldüyü bildirilir.

Xədicə Səxavət

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031