İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir
Dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi barədə qəbul etdiyi qərar çox düzgün qərardır. Hesab edirəm ki, bu qərar təkcə partiyamızın deyil, bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətin çəkdiyimiz torpaqlarımızı geri qaytararaq xalqımızın ən böyük arzularını gerçəkləşdirdi.

Deputatın sözlərinə görə, Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması, müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Biz bu gerçəklikləri müharibənin başa çatdığı 3 il müddətində aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin ölkəmizdə növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında Sərəncamı tamamilə məntiqli və siyasi qanunauyğunluqdur.

“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi bir sıra özəlliyi ilə fərqlənir. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması şəraitində keçiriləcək. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə şərəflə dalğalanır. Bu mənada gələn il fevralın 7-də keçiriləcək seçkilər İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Eyni zamanda, şübhə yoxdur ki, növbəti seçkidə xalqımız Qarabağın fatehi İlham Əliyevin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”, - deyə Fatma Yıldırım qeyd edib.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Xalqımızın öz liderinə olan sevgisinin, növbəti dəfə də prezident seçilməsini arzulamasının əsasında onun gördüyü möhtəşəm işlər, milli maraqlarımızı qətiyyətlə qoruması, xalqın rifahının daim yüksəlməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər və digər mühüm amillər dayanır. Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq!

Son xəbərlər

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031