Mərakeş XİN başçısı Azərbaycanla tərəfdaş münasibətləri qurmaq istədiklərini bəyan edib - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığının Baş naziri Aziz Axanuş ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Mərakeş Baş naziri xüsusən ölkələrimiz üçün mühüm məsələlərdə qarşılıqlı dəstəyin mövcud olmasını təqdir edib.
O, qeyd edib ki, hazırda Mərakeş və Azərbaycan arasında münasibətlərin daha da inkişafına dair müzakirələr aparılır və Mərakeş bu müzakirələri davam etdirmək əzmindədir. Baş nazir Milli Məclis sədrinin bu səfərinin Azərbaycan və Mərakeş arasında münasibətlərin səviyyəsinin bir göstəricisi olduğunu bildirib.
Sahibə Qafarova iki ölkə arasında münasibətlərin inkişafında mühüm sahələrdən biri kimi parlamentlərin rolunu qeyd edib. O, Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Baş nazirə məlumat verib.
Azərbaycan və Mərakeş ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri çərçivəsində ölkəmizlə Mərakeş arasında əməkdaşlığın mümkünlüyü də müzakirə olunub. Hazırda "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında bu ərazilər bərpa edilir, həmin ərazilər "Yaşıl zona" elan olunub.
Mərakeş XİN başçısı Azərbaycanla tərəfdaş münasibətləri qurmaq istədiklərini bəyan edib - FOTO

Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib.
Milli Məclisin sədri bu gün Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə də görüşüb. Nazir Naser Burita Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, həm Mərakeş, həm də Azərbaycan öz regionlarının mühüm aktorlarıdır və Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş kimi görür. Nazir Naser Burita Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi münasibətilə təbriklərini çatdırıb.
Nazir Naser Burita deyib ki, gələn il Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfəri və Mərakeş Kralı mərhum II Həsənlə görüşünün 30-cu ildönümü tamam olur. O, bu əlamətdar tarixi hadisə ilə əlaqədar Azərbaycan-Mərakeş əlaqələrini gücləndirmək, münasibətlərimizi qardaşlıqdan tərəfdaşlığa çevirmək niyyətini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir

ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək

Bakının iki rayonunda qaz olmayacaq

Ronaldoya görə 500 min izləyici itirdilər

Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib

“Birliyin Gücü – 2026” başa çatdı - Fotolar

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

20 illik peşəsindən ayrıldı - "Ən məhsuldar illərim getdi" (FOTO)

Aybəniz Qafarlı : Gəlməyin şəhərə, a kənd qızları - FOTO

Daşdəmir Əjdəroğlu : SÜKUT DANIŞIRDI.... - FOTO

Sevinc Yunuslu : Məni sən gətirmisən... - FOTO

Yusif Nəğməkar : SƏSİN DAN YERİ - FOTO

Messi İspaniyanın “Eldense” klubunu satın aldı

Sumqayıtda 31 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Ailə modelinin qorunub saxlanması

Xorvatiyada “Azərbaycan musiqisi gecəsi" təşkil olundu - FOTOLAR

"Bütün həyatı məhv etməyə qadir silahlar var" - Putin həyəcan təbili çaldı

47 hakim barəsində intizam tədbiri görülüb, 8 hakimin səlahiyyətinə xitam verilib

Güllü Muradovaya vəzifə verildi

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Röya, Natavan və Elnur bir arada - Fotolar

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

Əlimdən tutmaqla könlüm ram olmaz - FOTO

04.10.2026 tarixində saat 11- də MÜCİRƏDDİN BEYLƏQANİ adına ədəbi məclisin növbəti sayı gənc şair ARZU TAHİRQIZININ yaradıcılığına həsr olunacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031