TƏRANƏ CƏBİYEVA:DOST QAPISI  - FOTO
DOST QAPISI

Dost kimdir, bilirsən?

Dost sözü, hecaya ayrılmayan bir sözdür, çünki dost dediyin heç vaxt dostunu tərk etməz, dostdan ayrılmaz, nə olur-osun, münasibəti daim qoruyub saxlayar. Dost sözün ağızda deyərkən asan gəlir, çünki cəmi dörd hərflik bir sözdən ibarətdir dost sözü, amma gərək o dostluğu, o səmimiyyəti müqəddəsləşdirə biləsən. Çünki qırılmasından qorxduğun, ən əziz, müqəddəs bir nemət, ən qiymətlin kimi qoruyub saxladığın, sevincinə, kədərinə şərik olduğun, üzülməsini, ağlamasını istəmədiyin, tərifi imkansız sevginin sahibidir, dost. Heç bir zaman tərk edə bilmədiyin, eyni zamanda nə olursa-olsun, bir-birini tərk etməyəndir, dost. Dostlar öz davranışları ilə bəlli edərlər özlərini. Səninləyəm deməzlər, yanındayam, deyərlər. Necəsən deməzlər, haradasan gəlirəm, deyərlər. Ona görə ki, səni dinləyəndən çox, anlayan, başa düşəndir, dost.
TƏRANƏ CƏBİYEVA:DOST QAPISI  - FOTO

Müasir dövrümüzdə dostluğa, yoldaşlığa, insanlığa önəm verən, sınanmış, etibarlı, sədaqətli və dəyərli dostlar çox azdır, təəssüflər olsun. Hətta deyərdim, barmaqla sayılası qədər. Deyirlər ki, kişi ilə qadının dostluğu olmaz, bu dostluq heç vaxt baş tutmaz. İnanın, bu sözü o adamlar deyir ki, onlar dostluğu bacarmır, həqiqi dostluq nədir, bilmirlər. Çünki Bəhruz qardaşımla, dostumla biz artıq iyirmi ildən çoxdur ki, dostuq, qardaşıq. Biz əslində beş dostuq- yazıçı-jurnalist Xeyrulla Ağayev, yazıçı-jurnalist Daşdəmir Əjdəroğlu, yazıçı-jurnalist Yusif Məhəmmədoğlu, şair-jurnalist Bəhruz Məmmədov və mən yazıçı-jurnalist Təranə Cəbiyeva. Biz, beş dost, beş qardaşıq. Mənim bu dostlarım illərin dostlarıdır, onlar mənə "bizim qız qardaşımız" deyə, müraciət edirlər. Bizim kədərli günlərimiz də bir olur, sevincli günlərimiz də. Şükürlər olsun ki, mən bu dostların əhatəsindəyəm. Onların hər biri ilə qürur duyuram. Əlbəttə ki, bu başqa bir mövzudur, sözümün canı isə bam- başqadır. Keçək əsas mətləbə. Bu yazımda dostum, qardaşım Bəhruz Məmmədov haqqında danışacağam. Bu gözəl münasibəti o, öz səmimiyyətiylə, öz gözəl davranışıyla qazanıb. Bunu hətta dostların hər biri təsdiqləyə bilər. Biz beş dost hamımız əslən İsmayıllı rayonundanıq, bu beş dostun beşi də mətbuat sahəsində fəaliyyət göstərir. Bu günlərdə isə Bəhruz qardaşımızın 50 illik yubiley yaşıdır. " Xəzan yarpağı" adlı ilk şeirlər kitabının işıq üzü görməsi də yubiley günləri ilə eyni tarixə təsadüf edir. Necə deyərlər, əlli ilin hesabatı kimi:
Gözəl bahar harda qaldın, Novruzdu,
Dağlar, bağlar ağ don geyib, yol buzdu.
Bayram günü eldən ayrı düşənlər,
Bilirsizmi, həmdəminiz Bəhruzdu.

-deyən Musa Yaqub davamçısı Bəhruz elə bir oğuldur ki, hamıya həmdəmdir, elindən-obasından kənarda olanlara dayaqdır. Buynuz kəndinə, İsmayıllıya yolu düşən qonaqlara dost qapısıdır, evidir Bəhruz. Yurdunun, elinin-obasının qeyrətli övladıdır, Bəhruz. Vətənimiz Azərbaycanın dar günündə də öz mərdliyini ortaya qoyan oğuldur. Doğrudan da sənin Vətənimiz Azərbaycanın ən dəyərli övladı kimi öyünməyə haqqın var, Bəhruz!
Bəli, hər bir insan dünyaya gəldiyi andan sınaqlarla üzləşir, imtahanlardan keçir, keşməkeşli yollarla rastlaşır. Kimi bu sınaqlardan üzüağ, kimisi də sınıq çıxır. Dünyaya pəncərə kimi baxıb gedən hər insan onun zirvələrinə, gedişatına bələd ola bilmir, zamanla ayaqlaşmağı bacarmır. İnsan daima öz taleyini axtarır, onu tapmağa çalışır, onun bu axtarışda ən böyük silahı mübarizəsidir. Bəhruz qardaşımız da elə uşaq vaxtlarından hər şeyi özü əldə etməyə çalışıb, mübariz olub, başqalarının köməyi olmadan. Və əlbəttə ki, Bəhruzun saçı-başı vaxtından əvvəl nahaq yerə ağarmayıb. Hələ cavan yaşlarında dünyanın işlərindən çox erkən xəbərdar olub. Bunları ona verdiyi həyat yolları öyrədib. Öz ağlı, dərrakəsi əməksevərliyi ilə həyatın dibindən onun üzünə çıxan ziyalılarımızdandır, Bəhruz Məmmədov.
... Dost kimdir, bilirsən? Yazının əvvəlində dediyim kimi: Qırılmasından qorxduğun, ən əziz, müqəddəs bir nemət, ən qiymətlin kimi qoruyub saxladığın, sevincinə, kədərinə şərik olduğun, üzülməsini, ağlamasını istəmədiyin, tərifi imkansız sevginin sahibidir, dost. Heç bir zaman tərk edə bilmədiyin, eyni zamanda nə olursa-olsun, bir-birini tərk etməyəndir, dost. Məşhur bir şeirdə şeirdə deyildiyi kimi, "ellərə dayaqdı yaxşı adamlar, dost adamlar"!
Əziz dostum, qardaşım, çox-çox dəyərli insan Bəhruz Məmmədov!
Sən, həqiqətən də çox yaxşı insansan, əsil dostsan. Bizlər üçün, səni sevərlər üçün çox dəyərlisən. Bu yazı çox geniş və çox geniş şaxəli bir yazı olmasa da, əminəm ki, sənin doğum gününə, kitabının işıq üzü görməsinə yazar bir bacının ( qız qardaşının) , yox elə beş qardaşın adından, sən özün də olmaq şərtilə - Xeyrulla Ağayevin, Daşdəmir Əjdəroğlunun, Yusif Məhəmmədoğlunun, Bəhruz Məmmədovun və mənim, sizin qız qardaşınız Təranə Cəbiyevanın özəl təbriki kimi düşəcək. Allahdan arzumuzdur: Elinə, obasına, vətəninə sədaqətlə xidmət göstərən qeyrətli Vətən oğlunun, bu şərəfli insanın ömrü uzun və əbədiyaşar olsun!
Həmişə sevgiylə yaşa! 100 YAŞA!

TƏRANƏ CƏBİYEVA (ƏMİRQIZI)
YAZIÇI - PUBLİSİST

Son xəbərlər

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031