Cəriməni ödəməyən piyadaları nə gözləyir?

Bakıda qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadalar cərimələri ödəməkdən yayınırlar. Bu səbəblə onların barəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub.

Məhdudiyyətlər barədə idarənin rəsmisi, polis mayoru Araz Əsgərli saytımıza açıqlama verib.

Onun sözlərinə görə, qaydaları pozan piyadalara törətdikləri xətalara görə, barələrində protokollar tərtib olunur və bu proses daim diqqətdə saxlanılır:

“Paytaxt ərazisindəki yol-nəqliyyat hadisələrində piyadavurma hallarının risk zonaları üzrə qiymətləndirərək xidməti məhz piyada təhlükəsizliyinin artırılması məqsədi ilə aparmaqla yanaşı, nəzarət mexanizimlərinin də sərtləşdirilməsi qaçılmazdır. Bu da onu deməyə əsas verir ki, piyada intizamı istənilən səviyyədə deyil. Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır. Piyadaların yol infrastrukturundan düzgün istifadə etməməsi ağır faciələrlə yanaşı digər problemlərə də yol açır. Bəzən media resurslarında ictimai müzakirələr aparılarkən piyadalara münasibətdə protokolların az tərtib olunduğu bildirilir. Lakin bu belə deyil, piyadalarla bağlı bir çox preventiv və nəzarət profilaktik tədbirlər keçirilir. Onların gün ərzində qaydaları pozmaması üçün əməkdaşlarımız nizamlayıcı qismində yollarda təhlükəsizliyi ən mürəkkəb ərazilərdə təmin edir. Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb ki, onların cərimələri isə ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir”.

Araz Əsgərli cərimələrini ödəməyən piyadaların gələcəkdə problemlərlə üzləşəcəyini də vurğulayıb:

“Məlumat üçün bildirim ki, həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Belə ki, həmin şəxslər məsuliyyətsizliyə davam etsələr müxtəlif çətinliklərlə üzləşə bilərlər. Misal üçün ölkədən çıxış yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Belə ki, sözügedən pozuntular üzrə cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşıb problemlər yaranmasın. Cərimələri öyrənmək üçün Daxili İşlər Nazirliyi “my.gov.az”a bütün məlumatları inteqrasiya edib. Dövlət Yol Polisinin tərtib etdiyi cərimələri də həmin sistemdən öyrənmək mümkündür”.

Qurum rəsmisinin sözlərinə görə, cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir:

“İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir”.

Son xəbərlər

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930