«Geriya baxsan...» kitabı Arif Musanın öz obrazıdır
«Geriya baxsan...» kitabı Arif Musanın öz obrazıdır

Ənənəvi xalq yazı dili poeziya və nəsr nümunələrində çox mükəmməl forma qurur. Biz bunu sovet dövrünün ədəbiyyatında dəfələrlə müşahidə etmişik. Bugünkü ədəbiyyatımızı əhatəyə alan qeyri-ənənəvi formalar əslində, bir qədər çaşqınlıq yaradıb. Nə yaxşı ki, bu gün də sovet dövrünün ənənəsini qoruyub saxlayan qələm sahiblərimiz var. İstedadına qibtə etdiyimiz, şeirlərini sevə-sevə oxuduğumuz şair Arif Musa da xalq yazı dilində gözəl ədəbi nümunələr yaradır, ənənəvi şeirdə xoş ovqatlı fikirlər ifadə edir. Hörmətli şairimizin bugünlərdə Hikmət Məlikzadənin redaktorluğu ilə «Gənclik» nəşriyyatında işıq üzü görmüş «Geriya baxsan...» adlı kitabında da bu dediklərimiz özünün bariz ifadəsini tapır. Bu kitabı Arif Musanın həyat gündəliyi, özünün-özünə hesabatı kimi də qəbul etmək olar. Nostalji hislər ifadə edən bu kitabda Arif Musanın şeirləri, haqqında dost-həmkar sözləri, xatirə-hekayələri və foto-şəkilləri yer alıb. Hər bölmədə biz bir aləmin, bir anın fövqünə qalxır, orada Arif Musa şəxsiyyəti ilə qarşılaşırıq.
Bu yazıda şairin şeirlərinə münasibət bildirməyi daha vacib sanırıq. Çünki hazırkı şeir bolluğunda üstünü toz basmış poeziyamızın kirini tökmək üçün Arif Musa şeirlərini nümunə göstərmək istəyirik.

Arif Musa sözün mahiyyətini fəlsəfi-ictimai fikrə çevirən, fikir içində ifadə etdiyi məzmun və mənanı daha mükəmməl poeziya atmosferinə çıxarmağı bacaran şairdir. Elə adıçəkilən kitabında da biz bu tərzdə şeirlərə çox rast gəlirik. Bu şeirlər bizi orijinal şeir lövhələri, isti hislərlə üz-üzə qoyur, bizə ənənəvi şeirin gözəlliyini göstərir.
«Geriya baxsan...» kitabı Arif Musanın öz obrazıdır

Dediklərimizi isbat etmək üçün Arif Musanın kitaba daxil etdiyi şeirlərdən nümunələr gətirək:
Gözündə qəm-kədər görməyim deyə,
Yolunun üstünə çıxa bilmirəm.
Qorxuram, gözlərim aldadar məni,
Çevrilib arxanca baxa bilmirəm.
*
Kədər duyğu libasımdır,
Ömür yolum qəmdi, qəm.
Gözləginən bir az məni,
Gözüm hələ nəmdi, nəm.
*
Gözünü baharda açdın dünyaya,
Bəs niyə qismətin bahar olmadı?
Baharla bir gündə doğulan gözəl,
Niyə gözlədiyin səhər olmadı?
*
Doğru yalana bənzəməz,
Gedən qalana bənzəməz,
Çiçək solana bənzəməz,
Niyə belə olur həyat?

Biz bu nümunələri təhlil etmirik. Çünki bu şeirlər müəllifin nə dediyini, hansı mətləblərə toxunduğunu özləri aşkar deyir. Bu poetik parçaların hər hansını istəsək müasir şeirlə qabaq-qənşər qoyub fərqini oxucuya göstərə bilərik. Bu şeirlər, kimlərə görəsə guya modern, əslində, baş-ayaq şeir formalarının demək olar ki, hamısını kölgədə qoyar. Ədəbiyyatımıza - poeziyamıza da məhz bu cür aydın, səlis ruhlu şeirlər lazımdır ki, inkişafı görə bilək.
Arif Musa şeiri həyatın özü qədər mənalıdır. Diqqət edək:

Baxışların nə söyləyir, bilmirəm,
Arzuların mənim üçün sirrdi, sirr.
Ümidlərin gümanında qalmışam,
Duyğularım dəyişməzdi, birdi, bir.
*
İstəmədi darda qala Vətəni,
Özlərini oda atdı şəhidlər.
Torpağıma tuş gələn güllələri
Sinəsinə sıxıb yatdı şəhidlər.
*
Çıxarginən eynəyini,
Gözü qəfəsdə saxlama.
Söyləginən, qəlbindəki
Sözü qəfəsdə saxlama.
*
Vəfasız çıxmışam, dönük çıxmışam,
Qayıda bilmirəm kəndə haçandı.
Bəzən ekranlardan kəndə baxmışam,
Yurda dönməyirəm xeyli zamandı.

Bu nümunələrin hamısında qəlbcə kövrək, əslində polad kimi möhkəm bir qələm sahibinin ürək çırpıntıları, yaradıcı ruhu var. Bu şeirlər bizə həyatın bütün istiqamətlərini - çətin anda da, xoş ovqatda olanda da, nə etməyin yollarını göstərir. Bax, şeir, poeziya da elə budur!
Arif Musa şeiri təkcə ənənəvi xalq yazı dili ilə ifadə olunmur, şairin sadə yazı dilində bir fəlsəfi zəmin, hətta mistika da aydın xarakter kəsb edir. Məsələn:

Bil, xəbərdən xəbərsizəm,
O xəbəri xəbər eylə.
Elə bilmə kədərsizəm,
Çox artırma, qədər eylə.
*
Günəşli bir hava, dəniz sahili,
Səninlə ilk görüş yerimiz oldu.
Vüsala yetmədi arzularımız,
O çağlar xatirə günümüz oldu.
*
Qəlbində başqasın yaşatdın deyə,
Titrəyən dodaqlar mənim olmadı.
Vüsala dönməyən görüşlərimiz
Həsrətin saçını niyə yolmadı?
*
Gözlərin mavidi, dənizmi deyim?
Dənizin suyunu içmək olmayır.
Sevgimi deyərdim, barmağındakı
Nişan üzüyündən keçmək olmayır.
*
Onunla üz-üzə gəlirəm hər gün,
Könlündən keçəni bilməyim çətin.
Ən ülvi duyğunun səddini keçib
Onunla danışıb-gülməyim çətin.
*
Görəsən bu bulaq neçə illərdir
Bu yaşıl yamacın döşündən axır?!
Hansı insandır ki, onu əbədi
Gözəl təbiətin döşünə taxıb?!

Göründüyü kimi, bu parçalardakı sözaltı mahiyyət, gizli mənalar, düşündürücü ovqat bu şeirlərin fəlsəfi olduğuna dəlalət edir. Bir var, elə-belə söz oynadasan, bir də var, sözü fəlsəfi çırpınmaya məruz qoymaqla sözdən söz çıxarasan. Bəzən çoxları bu prosesi qarışıq salır, elə zənn edirlər ki, baş-ayaq ibarələrlə fəlsəfə yaradırlar. Arif Musanın yuxarıda nümunə gətirdiyimiz şeirləri oxuduqca biz gah duyğulanır, gah qürur hissi keçirir, gah çılğın hislərlə dolur, gah uşaqlaşır, gah yetkin olur, gah müdrikləşir... gah da əsl poeziya nəfəsi görürük. Belə şeirləri oxuduqca ruhumuz təzələnir, ovqatımız yüksəlir, həyata baxışımızda yeni meyllər oyanır. Bu, təbii ki, Arif Musa şeirinin gücüdür.
Həmçinin, «Geriya baxsan...» kitabını oxuduqca biz illərdir tanıdığımız Arif Musanı necə var, eləcə də görürük; əmin oluruq ki, o, doğulanda necə pak olubsa, bu gün də o cür pakdır. Çöhrəsindəki ağayanalıq, qürur, sadəlik, milli ruh və s. onun haqqında daha geniş anlamda düşünməyimizə əsas verir.
Bir sözlə, «Geriya baxsan...» kitabı Arif Musa yaradıcılığının ilkin, orta və ən qaynar illərini əhatə edir. Burada əsas etibarilə bir Arif Musa Obrazı var; elə bir obraz ki, hansı cəhətdən boylanırıq boylanaq, alidir, nikbindir, ötkəmdir, yenilikçidir, qürurludur, yaradıcıdır, düşündürücüdür və daha doğrusu, arifdir.
Arfi Musanı yeni kitabı münasibətilə təbrik edir, yaradıcı ruhunun daha fövqəl olmasını arzulayıram.
Hüseyn İsaoğlu ( Məmmədov ),
Yazıçı-publisist, AJB-nin və AYB-nin üzvü.

«Geriya baxsan...» kitabı Arif Musanın öz obrazıdır

Son xəbərlər

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930