Baş nazirdən DTX ilə bağlı QƏRAR


Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası təsdiq olunub.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra – fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.

Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir.
Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 (yeddi) iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydada qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təminetmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:
-vergivərüsumlar;
-sığorta ödənişləri (həyatın yığım sığortası istisna
olmaqla);
-kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri,
mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);
-maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;
-qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;
-peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;
-dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.

Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydada qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.
Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində fiziki şəxsləri və ya qurumları müraciətin qəbul edilməsi və bu Qaydada nəzərdə tutulan prosedur barədə məlumatlandırmalıdır.
Qərara əsasən, Dondurulmuş aktivlərdən istifadəyə dair icazənin verilməsi qaydası da müəyyənləşib.
Dondurulmuş aktivlərdən istifadəyə dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdiril- məsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış Sanksiya Komitələri tərəfindən müəyyən edilmiş meyarlar əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti ilə beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi məqsədilə dondurulmuş aktivlərindənistifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir.
Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 1 (bir) iş günü müddətində həmin müraciəti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə göndərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə 2 (iki) iş günü müddətində həmin müraciət əsasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə sorğu ünvanlayır. Sorğuda aşağıdakılar nəzərdə tutulmalıdır:
-. fiziki şəxsin və ya qurumun adı və ünvanı;
-. fiziki şəxsin və ya qurumun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələri tərəfindən müəyyən edilmiş siyahıda daimi istinad nömrəsi;
-. fiziki şəxsin və ya qurumun hesabı barədə məlumatlar (maliyyə institutunun adı və ünvanı, hesab nömrəsi);
-. ödənişin məqsədi, zəruri və gözlənilməz xərclərə ehtiyacın əsaslandırılması;
-. bu Qaydada nəzərdə tutulmuş zəruri xərclərin növü və ya gözlənilməz xərclərin mahiyyəti;
-. ödənişlərin məbləği və sayı;
-. ödənişlərin başlandığı və bitdiyi tarix;
-. ödənişin həyata keçirilməsi forması;
-. istifadə olunacaq dondurulmuş aktiv barədə məlumat
(aktivin növü, olduğu yeri, təsviri və s.);
-. vəsaiti qəbul edən tərəfin adı və ünvanı;
-. ödənişdən tutulmalar.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinin rəyini daxil olduqdan sonra 2 (iki) iş günü müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydada nəzərdə tutulmuş halda, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 (bir) iş günü müddətində aktivləri dondurulmuş fiziki şəxslərin və qurumların aktivlərindən istifadəyə dair qərar qəbul edir.
Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, aşağıdakı aktivlərdən istifadə olunmasına icazə verilə bilər:
-. dondurulmuş hesablara həmin hesablar üzrə ediləcək hər hansı faiz və ya digər gəlirlər;
-. hesablar dondurulan dövrədək olan müddətdə bağlanıl- mış əqdlər, razılaşmalar və ya öhdəliklər üzrə ödəmələr;
-. fiziki şəxslərin və qurumların xeyrinə ediləcək hər hansı digər ödənişlər.
Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydada nəzərdə tutulan qərar barədə müraciət edən fiziki şəxslərə və qurumlara dərhal məlumat verir.

Fiziki şəxslər və qurumlar zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu Qaydaya uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qəbul edilmiş qərar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər üçün məcburi qüvvəyə malikdir.

Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydaya uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul etdikdə, həmin qərarı dərhal Azərbaycan Respublika- sının Maliyyə Monitorinqi Xidmətinə və subyektə göndərir.
Subyekt dərhal dondurulmuş aktivlərdən istifadəyə dair qərara uyğun olaraq, ödənişlərin aparılmasını həyata keçirir və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə yazılı formada məlumat verir.

Son xəbərlər

ABŞ kimyəvi silahların məhv edilməsinə 50 milyard dollardan çox vəsait xərcləyib

MDB platformasında psixiatrik və narkoloji yardımın göstərilməsinin mükəmmələşdirilməsi məsələləri müzakirə olunub

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Oktyabrda Bakıda növbəti “Baku Fintech Forum 2023” keçiriləcək

Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR

Rotterdamda atışmada 3 nəfər ölüb

Erməni bloger İlham Əliyevə müraciət etdi

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Rusiya ordusu Kursk və Kaluqada 11 PUA vurdu

Paşinyanı hədələyən Şuşanyan həbs edildi

Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ZİYAN VURUR?

Toyların keçirilməsinə QADAĞA QOYULUR?

Bu şəxslər quru yolla sərhədi keçə bilər

Hərbçilərimiz Xocavəndin mərkəzində - VİDEO

Türkiyəli nazir Qənirə Paşayevadan YAZDI

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

İlham Əliyev Zəngilanda açılış mərasimində iştirak edir

Türk dünyası üçün xidmətləri unudulmayacaq... - Türkiyədən PAYLAŞIMLAR

Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var

Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO

Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb

Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib

Türkiyənin səhiyyə naziri: “Qənirə Paşayeva türk dünyasına böyük xidmətlər göstərib” - FOTO

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - CANLI YAYIM + FOTO

Qənirə Paşayevanın əmisi: “Çox gənclər yetim qaldı”

İran Antarktidada daimi baza yaradır

TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”

Bütün xəbərlər
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930