Dövlət Başçılarının 5-ci Məşvərət görüşü regionda interqasiya proseslərini daha da sürətləndirəcək
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa səsləyir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türk dövlətlərinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini və strateji xarakter almasını şərtləndirir.

Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Onu da qeyd edək ki, yalnız 2022-ci ildə Prezident İlham Əliyev Mərkəzi Asiya regionu ölkələrinə yeddi dəfə səfər edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın türk dövlətləri ilə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi” və Qazaxıstanla imzaladığı “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləş-məsi haqqında Bəyannamə”də öz əksini tapır.

“Yeni investisiya layihələrinin reallaşdırılması və iş yerlərinin yaradılması məqsədilə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik “Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş” təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərimizin investisiya cəlbediciliyi imkanlarının yüksək olması bu kimi strateji addımların təsir dairəsini də genişləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisi də sosial-iqtisadi və mədəni baxımdan dəyərləndirilə bilər. Bu, artıq reallıqdır, kağız üzərində qalan bəyanat deyil, real inteqrasiya və dostluq nümunəsidir.

Mərkəzi Asiya ölkələrinin malik olduqları təbii sərvətlərin zənginliyi və müxtəlifliyinə nəzər saldıqda, heç kimdə şübhə yeri qalmır ki, onlar bir-birləri üçün nə qədər xeyirli ola bilərlər. Məsələn, Qazaxıstan MDB ölkələri arasında xrom filizləri və qurğuşun ehtiyatı həcminə görə birinci, neft, gümüş, mis, sink, nikel və fosfor ehtiyatına görə ikinci, qaz, daş kömür, qızıl və qalay ehtiyatına görə isə üçüncü yerdədir. Üstəlik, Qazaxıstanın 1,6 milyon ton təsdiqlənmiş uran ehtiyatı var və ölkə bu göstəriciyə görə dünyada ikinci yerdə qərarlaşıb”, - deyə iqtisadçı alim bildirib.
A.Əsədov qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ümumi ticarət dövriyyəsi 2022-ci ildə 2983,7 milyon ABŞ dolları, o cümlədən ixrac 186,7 milyon ABŞ dolları, idxal isə 1147,2 milyon ABŞ dolları həcmində olub. Həmçinin Qazaxıstanda 700-dən çox Azərbaycan kapitalı ilə fəaliyyət göstərən şirkət mövcuddur. O cümlədən Azərbaycanda Qazaxıstan kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir.
Mərkəzi Asiya və Azərbaycan xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi inteqrasiya üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Asiya ölkələrinin də ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq səylərini tamamlayır. Azərbaycanın Zəngəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət və strateji infrastruktur-quruculuq işləri Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ən cəlbedici imkandır.
Mərkəzin şöbə müdiri vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı (TDT) hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub. Bu, türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində daha bir önəmli addım hesab olunur.
Gömrük dəhlizinin reallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də praktiki əhəmiyyətini artırır. Gömrük dəhlizinin yaradılması isə TDT ölkələri arasında sürətli yük daşımalarına, o cümlədən yükdaşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma gətirib çıxaracaq.
Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” boru kəməri 16 ildir fasiləsiz olaraq Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
“Turkic World Vision-2040” strateji sənədi və TDT-nin 2022-2026-cı illər üçün Strategiyası da türk dövlətlərini bir araya gətirir və yaxın perspektivdə Avrasiya regionunda geoiqtisadi və geosiyasi ağırlıq mərkəzlərinin formalaşmasında türk dövlətlərinin rolunu əhəmiyyətli dərəcədə həlledici edir.
Sonda dövlət başçısı İlham Əliyevin Tacikistanda keçirilən 5-ci Məşvərət görüşünün iclasında səsləndirdiyi bir fikri xatırlatmaq istərdim: “Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq... Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır”.
Dövlət başçımız iclasda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşları və əlverişli nəqliyyat-tranzit imkanları barədə açıq şəkildə bəyanatlar verdi: “Bu, ali səviyyədə açıq mesajlar idi və iş qaldı hər bir ölkə üzrə icraçı qurumların üzərində. Birgə elmi əməkdaşlıq, iqtisadi imkanların tədqiq edilib təsnifləşdirilməsi, sistemləşdirilməsi və iş adamlarının hər bir ölkənin potensialı haqqında məlumatlı olması çox vacibdir. Bütün bunlar Mərkəzi Asiya, eləcə də bütövlükdə TDT-yə üzv olan ölkələr üçün sürətli inteqrasiya imkanları vəd edir. Həm də ona görə ki, qalib Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan “dediyini etmək və edə biləcəyini demək” iradəsi və səmimiyyətilə etibarlı tərəfdaşdır”.

Son xəbərlər

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin əməkdaşının Qəzzada həlak olması ilə bağlı açıqlama yayıb

Mahammad Sadiqov : Peşəkarlarımız - FOTO

Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib

Türkiyəli siyasi ekspert: Azərbaycan meydanlarda olduğu kimi, masa arxasında da Zəfər qazanır

Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli olub

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Basketbol Liqası: "Xəzri" və "Xırdalan"dan qələbə

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a darmadağınla qalib gəlib

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

Əsirlikdə olan hərbçinin anası: Ötən səkkiz ayda canımız ağrısa da, indi hər şeyi unutduq

Tanınmış şahmatçı: Azərbaycan millisində işləməyə tam hazır deyiləm MÜSAHİBƏ

Milli Məclisin plenar iclasında 24 məsələ müzakirə olunub

Ombudsmana ağır itki - FOTO

Cəsarət Valehov vəzifəsindən azad olundu

Növbəti prezident seçkiləri Azərbaycanın həyatında ciddi siyasi hadisə olacaq - ŞƏRH

Yaşar Əliyev vəfat etdi - FOTO

Azərbaycanın xarici işlər naziri estoniyalı həmkarı ilə telefonla danışıb

Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

“YAŞAT” Fondunun yaradılmasından 3 il ötür

Ermənistanda əsirlikdə olan Hüseynin anası: Arxayın idim ki, Prezidentimiz nə mənim övladımı, nə də Aqşini erməni əsirliyindən buraxmaz

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib

ABŞ-nin məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır -VİDEO

Türkiyə İsraillə diplomatik əlaqələri kəsə bilər

İranın sabiq prezidenti Rəisini ittiham etdi

Hazırda Bakıda 10-dan çox yolda TIXAC var

"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" - Elşad Hacıyev

Azərbaycanda bu tarixdə İŞ OLMAYACAQ

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031