Marketlərin ƏDV FIRILDAĞI – Vətəndaşlar buna DİQQƏT ETMƏLİDİR!
ƏDV vergisindən dünyanın bir çox ölkəsində istifadə olunur: Latın Amerikası, İndoneziya, Türkiyə, demək olar ki, bütün Avropa ölkələri, Cənubi Amerikanın bir sıra ölkələri və s. Kanada və ABŞ-da yığım üsuluna görə ƏDV-yə yaxın olan satış vergisi tətbiq edilir. ƏDV-nin bölgüsü bu verginin bazar iqtisadiyyatının tələblərinə cavab verdiyini göstərir. ƏDV dərəcələrinin müəyyən edilməsində müxtəlif yanaşmalar mövcuddur.

Azərbaycanda əsasən də geyim mağazaları və bir sıra kiçik pərakəndə satış məntəqələrində alınan məhsula görə, ƏDV geri ödənilmir, bəzilərində isə çek verilir, lakin ƏDV geri qaytarılmır.

Bəs bu qanunidirmi?

Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu məsələ bir çox vətəndaşın qarşılaşdığı problemdir:

“Bir sıra geyim mağazaları, hətta brend geyim mağazalarında belə bu kimi problemlərlə rastlaşırıq. Həmin mağazalarda alış-veriş etdiyimiz zaman onlar müasir kassa aparatları tərəfindən ödənişi təsdiq edən üzərində ƏDV geri qaytarılması QR kodu olan və müvafiq kodu verən çeklər təqdim edirlər. Lakin bizi onu yoxladığımız zaman bu çek üzrə vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı ortaya çıxır. Belə bir halla qarşılaşan vətəndaşlar bilməlidirlər ki, həmin vergi ödəyicisinin illik dövriyyəsi 200 min manatı keçmir və nəticə etibarilə onlar ƏDV ödəyicisi kateqoriyasına girməmiş olurlar”.

Hüquqşünas bildirib ki, vətəndaşlar əllərindəki çekin üzərindəki VÖEN-ni Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron portalında ƏDV ödəyicilərinin yoxlanılması var. Onun sözlərin görə, həmin bölmə üzrə müvafiq VÖEN yazmaqla həmin marketin ƏDV ödəyicisi olub, olmadığını müəyyən etmək olar: “Əgər orada müəyyən olunarsa ki, bu VÖEN ƏDV ödəyicisidir, lakin verilən çekdən ədv qaytarılmırsa, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron şikayət bölməsinə müvafiq çeki göndərsinlər müraciət etsinlər”.

Ramil Süleymanov qeyd edib ki, bu hal vergidən yayınmadır. Buna görə İnzibati Xətalar Məcəlləsində cinayət məsuliyyəti müəyyən olunmuşdur. Ancaq elə vergi ödəyiciləri var ki, onlar, həqiqətən də, ƏDV ödəyicisi olaraq qeydiyyatdan keçiblər, lakin onlərin illik dövriyyəsi 200 min manatı keçmədiyinə görə, məsuliyyətli vergi ödəyiciləridir. Buna görə də, üzərində ƏDV QR kodu olan çeki təqdim edirlər və onların bu davranışı təqdirə layiqdir.

Marketinq mütəxəssisi Bəylər Əlizadə Referans.az-a açıqlamasında qeyd edib ki, istənilən bir ticarət obyekti müştəriyə ƏDV çekini təqdim etməlidir:

“Bu halla daha çox bəzi kiçik pərakəndə satış obyektlərində qarşılaşılır. Marketlər ya ƏDV çekini, təqdim etmirlər ya da ƏDV çekinin veririlər, lakin onu oxutdurduğumuz zaman bizə heç bir Əlavə Dəyər Vergişi qaytarılmır. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda bəzi məhsullar Əlavə Dəyər Vergisindən azaddır. Amma belə olan təqdirdə, çeki yoxladığımız zaman bu barədə orada məlumat verilir. Hər hansısa bir marketin və ya ticarət obyektinin müştəriyə çek qaytarmaması birmənalı olaraq qanun pozuntusudur”

Son xəbərlər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

Əlli ilin işığında... - FOTOLAR

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930