SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO
BU VƏTƏNƏ


Çalış, çox oxuyub, çox öyrənəsən,
Həyatda hər nə var biləsən gərək.
Tənbəl olub, zəhmət çəkməyən bir kəs,
Var-dövlət umarsa güləsən gərək.

Yaşamaq istəmə gülündən ayrı,
Bağından,bağçandan,çölündən ayrı.
Can atma gəzəsən elindən ayrı,
Nəyin var elinlə böləsən gərək.

Yaxşı o adamdır, tez haya çata,
Ağsaqqalıq edə, sülhə-sülh qata.
Pisliyin daşını biryolluq ata,
Belə yaşamasan öləsən gərək.

Sübhan, şöhrət gətir sən bu Vətənə,
Yarəb, qismət etmə çən bu Vətənə.
Oğul olmalıdı tən bu Vətənə,
Vətənin xoş günün görəsən gərək.


VAR OLSUN


Bir dilək dilərəm ulu Tanrıdan,
Yurdumun çiçəyi, gülü var olsun.
Əmin-amanlıqda sürsün dövranı
Günləri xoş keçsin,ili var olsun.

Vətən sevməyənin vicdanı yoxdur,
Nələr etməliyik...edəcək çoxdur.
Şükürlər Allaha, gözümüz toxdur,
Xalqımız var olsun,eli var olsun.

Qəlbləri hünərə aşiyan gərək,
Vətənin yükünü daşıyan gərək.
Ay Sübhan, eşqilə yaşayan gərək,
Dar gündə Cənabi-Əli var olsun.


VƏTƏNİMDƏ


İltimas eylərəm əziz dostuma,
Etsin sözlərimi car Vətənimdə.
Dağlar ağ donunu geyinir qışda,
Payızda bol olur bar Vətənimdə.

Mən də vurğunuyam bax bu diyarın,
Lıl parlı çayların,buz bulaqların.
Gözəl səfası var bizim dağların,
Kim çəkər kim, ahu-zar Vətənimdə?!

El-obam şad olsun, həmişə gülsün,
Sübhanam,yazıram,qoy aləm bilsin.
Dostlarım Qazağa görüşə gəlsin,
Dillənsin saz,kaman, tar Vətənimdə.
1994


HƏRBİDƏNİZÇİ

Dalğalar qoynunda, fırtınalarda,
Şəffaf boyanmısan, hərbi dənizçi.
Üçrəngli bayrağı, doğma Xəzəri,
Səcdəgah sanmısan,hərbi dənizçi.

Yenə yolun sonsuz,mavi dənizdir,
Gəmi sənə evindən də əzizdir.
Yenə dan sökülür, hava təmizdir,
Tezdən oyanmısan, hərbi dənizçi.

Dərya dərin, sular sərin, yelkən ağ,
Bilinməyir yol yaxındır, ya uzaq,
Başında qar, ürəyində od-ocaq,
Məğrur dayanmısan,hərbidənizçi.

Doğmadır hərada,hər boğaz,körfəz,
Dənizə yad olan sirrini bilməz.
Sübhan əbəs yerə deməz,söyləməz:
–Dənizdə dəryasan,hərbi dənizçi!

SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO
SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO

Son xəbərlər

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Azərbaycanda ov mövsümü açılır

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Sözə sədaqətin yolu - FOTOLAR

Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

MƏN BASQALIM ÜÇÜN NƏ ETMİŞƏM? - FOTOLAR

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN... - FOTOLAR

Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib

"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNDƏ ŞAİR ARZU TAHİRQIZİ İLƏ GÖRÜŞ - FOTOLAR

Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək

Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb

Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031