SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO
GEDƏKMİ


Darıxdım baxmaqdan bu boz yollara,
Bənövşəli,yaylaqlara gedəkmi?
Kəklik qaqıldayan şiş qayalara,
O ceyranlı oylaqlara gedəkmi?

Qartallar dövr edər dağın başında,
Tarixlər həkk olar daş yaddaşında.
Gənclik bada getdi, ahıl yaşımda,
O obaya,oymaqlara gedəkmi?

Biçənəkdə gülə sürtüb üzümü,
Sehli ot üstünə salım izimi...
Sübhanın qalmayıb daha dözümü,
Baş götürüb,uzaqlara gedəkmi?!


DAĞLAR


Elə bil üstümə qılınc çəkəcək,
Sanki hazırlaşıb savaşa dağlar.
Bir körpə balanam, girim qoynuna,
Opüb qucaqlaşaq baş-başa,dağlar.


Səslənsin könlümün kamanı, tarı,
Sən də qollarını mənə aç barı.
Pozmayaq heç zaman əhdi, ilqarı,
Gəl dönək bir yerdə qardaşa,dağlar.

Sübhanam, vurğunam sizə əzəldən,
Yollara, yamaca düzə əzəldən,
Yadlar köks ötürüb bizə əzəldən,
Tuş gəlmə heç zaman qarğışa,dağlar.


O DAĞLARDANAM


Eşitsən sözümü, ay dəli ceyran,
Bir cənnət havalı o dağlardanam.
Şır-şır şəlaləli, Noru bulağı,
Ləzətli,səfalı o dağlardanam.

Qazağın bir kiçik yazan əliyəm,
Aşıqların sazı deyən, diliyəm,
Bir şirin ləhçəli ağır eliyəm,
Elləri vəfalı o dağlardanam.

Şöhrəti bürüyüb, ölkəni, dağı,
Ayaq qoya bilməz, ora bir yağı,
Şöhrətimdi Damçılının bulağı,
Hər dərdə dəvalı o dağlardanam.

Qurbandı Vətənə Sübhanın canı,
Hara getsəm heyran edir insanı.
Hər gülün ləçəyi bir can dərmanı,
Suları şəfalı,o dağlardanam.


AĞACLAR


Təbiətə gözəl yaraşıq verər,
Ucalar göylərə azman ağaclar.
Elə bil hər biri bir çətir tutar,
Torpaqdan güc alar yaman ağaclar.

Min ildən artıqdı yaşları bəlkə,
Meşələr boyunca salarlar kölgə.
Bürünər çiskinə, nazını çəkər,
Zirvədə geyinər duman ağaclar.

Gəldi ürəyimə ülvi bir dilək,
Əsməsin, dəyməsin sizə bəd külək.
Əgər qismət olsa bir də görüşək,
Sübhan,çox eyləyir güman,ağaclar.


BƏSİMDİ


Az da olsa yaxşı gəzdim dağları,
Cənnəti gözümlə gördüm, bəsimdi.
Həsrətdən sökülən yar divarları,
Şeirimlə,sözümlə hördüm,bəsimdi.

Xəyalən qalxmışdım mən at belinə,
Min dəvə yerinə, min at yerinə
Qonaq oldum Xoşbulağın elinə,
Könlümü dağlara verdim,bəsimdi.

Doyunca dolandım çölü, çəməni,
O yerlər yaşıldı sanki səməni,
Birdən qonaq getsəm buraxmaz məni
Sübhanam,gülləri dərdim,bəsimdi.

SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO
SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO
SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930