Dağlar gözəli, sözümün əzəli - KƏLBƏCƏRim. Əzəldən yaranıb hüsnü-tamaşa, vurğunam qışına Kəlbəcərimin
Dağlar gözəli, sözümün əzəli - KƏLBƏCƏRim
Əzəldən yaranıb hüsnü-tamaşa, vurğunam qışına Kəlbəcərimin


Həə. Kim öz ana yurdunu, ata ocağını unudursa nankordur. Xalqımızın tarixi qədim, ulusu uludan-uludur. Qafqazın ilk sahibləri, sakinləri biz olmuşuq-əcdadlarımız.
Kəlbəcər də Cənubi Qafqazın ətəklərinə sığınan, başı daim qarlı Dəlidağın, Murovun, Keytinin, Qoşqarın balasıdır, yaşı min illərlə ölçülsə də elə cavan qalıb, baxmayaraq ki, zirvəsi qar örpəklidir.
Kəlbəcərimizin səfasını biz gənclər sürməsək də, eşidib-bildiklərimizə görə, bu cənnət-məkan sanki elə bizim üçün yaradılıb ilahinin qüdrət qələmi ilə. Heç bir rəssamın fırçası bu gözəlliyi kətana köçürə bilməyib. Hətta, avropalı səyyah Abex XVIII əsrdə bu yerlərə gələndə heyranlığın gizlətməyib. Vətəni İsveçrəyə qayıdanda məqaləsində yazıb: “...kim ki, Tərtər çayı boyunca Kəlbəcərə, İstisuya getməyib, İsveçrənin gözəlliyinə yalnız o heyran qala bilər”.

***

Əsrarəngiz təbiətə, zəngin təbii sərvətlərə malik olan Kəlbəcər rayonu 1930-cu il avqustun 8-də inzibati rayon statusu aldı. Sahəsi 3054 km²-dir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. ”Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.
Dağlar gözəli, sözümün əzəli - KƏLBƏCƏRim. Əzəldən yaranıb hüsnü-tamaşa, vurğunam qışına Kəlbəcərimin

Rayonun ərazisində ən qədim insan məskənləri yerləşir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.Rayonun relyefi dağlıqdır. Kiçik Qafqaz dağlarının ən yüksək zirvəsi olan Gamışdağ (3724m), Şərqi Göyçə,Qarabağ silsiləsi və Qarabağ Vulkanik yaylasının bir hissəsi və. s burada yerləşir. Şimaldan Daşkəsən, Göy-göl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın, qərbdən isə Ermənistanla həmsərhəddir.
Kəlbəcərin ərazisində Yura, Tabaşir, Paleogen, Neogen, Antropogen və vulkanik mənşəli süxurlar yayılmışdır. Rayonun ərazisi filiz faydalı qazıntılarla zəngindir. Burada zəngin qızıl(Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu), civə (Ağyataq, Şorbulaq), xrom yataqları vardır. Rayonun ərazisində eyni zamanda mineral ehtiyat olan İstisu yerləşir. İstisuyun həm müalicəvi, həm də turizmi inkişaf etdirmək baxımından çox böyük əhəmiyyəti vardır.
Dağlar gözəli, sözümün əzəli - KƏLBƏCƏRim. Əzəldən yaranıb hüsnü-tamaşa, vurğunam qışına Kəlbəcərimin

Kəlbəcərin relyefinin dağlıq olması hündürlük qurşaqları üzrə qonur və qəhvəyi dağ-meşə torpaqları, çimli dağ-çəmən torpaqlarının yayılmasına səbəb olur. Meşələrində palıd, fısdıq, vələs ağacları,yüksəkdağlıqda isə subalp və alp çəmənləri yayılmışdır. Rayonun ərazisində dağ keçisi, cüyür, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, toğlu götürən, qartal əsas heyvan və quş növləridir.Rayonun ərazisində soyuq və dağ tundra iqlim tipləri yayılmışdır. Yanvar ayının orta temperaturu -3° selsidən -10° selsiyə qədər, iyul ayında 5°selsidən 20° selsiyə qədər olur. Yağıntıların miqdarı 700-900 mm təşkil edir. Tərtərçayın yuxarı axarı, Bazarçay, Xaçınçay mənbələrini rayonun ərazisindən götürürlər. Böyük və kiçik Alagöllər, Zalxagöl burada yerləşir. Tərtər çayı üzərində yerləşən Sərsəng su anbarı da rayonun ərazisindədir.Rayonun əhalisi 77003 nəfərdir. Bunlardan 11766 nəfəri şəhərdə,65237 nəfəri isə kəndlərdə yaşayır. Rayon üzrə əhalinin sıxlığı 1 km²-də 39,6 nəfərdir.
Dağlar gözəli, sözümün əzəli - KƏLBƏCƏRim. Əzəldən yaranıb hüsnü-tamaşa, vurğunam qışına Kəlbəcərimin

Kəlbəcərin həm yeraltı,həm də yerüstü sərvətlərlə zəngin olması hər zaman diqqətləri cəlb etmişdir.Bu səbəblərdən mənfur düşmənimiz olan ermənilər 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonunu işğal etdi.Rayonun işğalı zamanı 58 mindən artıq əhali məcburi köçkün,321 nəfər əsir götürülmüş,511 nəfər isə vəhşicəsinə öldürülmüşdür. 28 illik həsrətə cənab Ali Baş komandanımız İlham Əliyevin və igid əsgərlərimizin sayəsində son qoyuldu. 2020-ci il sentyabrın 27-də başlanan Böyük Vətən müharibəsinə noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilə son qoyuldu. Bəyanatda Kəlbəcər rayonunun 15 noyabr tarixində Azərbaycana təhvil verilməsi nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfinin xahişi ilə bu tarix noyabrın 25-nə qədər uzadıldı və nəhayət 2020-ci il noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi.


Firuzə Kərimli,
262 nömrəli tam orta məktəbin müəllimi

Son xəbərlər

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031