Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir: “Evdən uzaqda ümid”
İyunun 19-da Bakıda “Evdən uzaqda ümid” mövzusunda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Miqrasiya Komitəsinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycanda akkreditasiya olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, humanitar və inkişafyönümlü yerli və beynəlxalq təşkilatların, qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Dünyada milyonlarla insanın qaçqınlıq həyatı yaşadığını və məhrumiyyətlərlə üzləşdiyini diqqətə çatdıran BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi Bik Lum bildirib ki, Azərbaycan vətəndaşları bu həyatı yaşayan xalq kimi müharibədən, zorakılıqdan əziyyət çətən insanları anlayır. Qaçqınların ən böyük arzusu öz evlərinə qayıtmaqdır.

B.Lum Azərbaycan hökumətinin BMT QAK-la səmərəli əməkdaşlıq etdiyini və müxtəlif layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, tədbirdə iştirak edənlərə müharibə, zorakılıq və təqib səbəbindən evlərindən, vətənlərindən didərgin düşmüş milyonlarla insanlara həmrəylik göstərdiklərinə görə təşəkkürünü bildirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərdə təcrübəsi olduğunu və didərginlik həyatı yaşayan insanların zəruri problemlərinin həll edilməsi, inteqrasiyası istiqamətində ölkəmizdə mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Dünyada qaçqınların sayının ildən-ilə artdığını deyən Vüsal Hüseynov bildirib ki, qaçqınların problemlərinin həlli üçün ən mühüm amil maraqlı tərəflərin bir araya gəlməsidir.

Vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində Zəfərimizdən sonra artıq məcburi köçkünlərimiz öz doğma evlərinə qayıdırlar.

Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanın məcburi köçkün problemini yaşayan ölkə olaraq bu sahədə təcrübəsi olduğunu qeyd edib. O, ölkəmizin kənardan gələn iki minə yaxın qaçqının qayğısını çəkdiyini vurğulayıb.

BMT-nin vətənini tərk etmək məcburiyyətində olan insanlarla həmrəylik nümayiş etdirdiyini qeyd edən V.Andreyeva qaçqınların problemlərinin həlli üçün yeni yol xəritəsi hazırlanacağını da diqqətə çatdırıb.

Çıxışlardan sonra qaçqınların inklüzivliyinin təşviqi məqsədilə qaçqın və yerli uşaqların iştirakı ilə keçirilmiş rəsm müsabiqəsinin nəticələri açıqlanıb.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031