Xəbərlər
13.04.2023, 00:00
Xeyriyyə oyunu: "Beşiktaş" "Atletiko"ya qalib gəlib
Türkiyədə "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Vodofon Park" stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar. Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.
Xatırladaq ki, bir müddət əvvəl "Qarabağ" Bakıda Türkiyənin "Qalatasaray" komandası ilə xeyriyyə matçı (1:2) keçirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay