Pakistan mediası Ulu Öndərin Azərbaycanın bu ölkə ilə münasibətlərinin inkişafındakı rolundan yazıb
Pakistanın “Pakistaneconomicnet.com”, “En.dailyittehad.com”, “Thegulfobserver.com”, “Pakistanintheworld.pk” portallarında “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqalə dərc olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllifi Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov olan məqalədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılır.

Yazıda bildirilir ki, Azərbaycan-Pakistan münasibətləri qardaşlıq səviyyəsindədir. Vətən müharibəsində Pakistanın Azərbaycana verdiyi dəstək ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir. Pakistan yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımır.

Qeyd edilir ki, Ulu Öndər Heydər Əliyev Pakistana daim böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün mühüm addımlar atıb. Ümummilli Liderin Pakistan-Azərbaycan əlaqələrinin qurulmasında və inkişafında müstəsna rolu olub. Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycanın dünyadakı əsas strateji müttəfiqlərindən biridir. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə intensiv xarakter daşıyır.

Məqalədə Ulu Öndərin Pakistan haqqında söylədiyi bu fikirlərə də yer verilib: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.

Məqalədə 1996-cı ilin aprelində Azərbaycan Prezidenti Heydər Əliyevin Pakistana səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər və imzalanan sazişlərin əhəmiyyətinə diqqət çəkilir.

Həmçinin bildirilir ki, Ulu Öndər qardaş Pakistanda da sevilən Lider idi.

R.Əhmədov məqaləsində, həmçinin qeyd edir ki, hazırda dövlətlərimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatıb və Prezident İlham Əliyev Ulu Öndər tərəfindən qoyulan strategiyanı uğurla davam etdirir.

Məqalədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da həmişə Pakistanla münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd edilir. Vurğulanır ki, onun təşəbbüsü və rəhbərliyi ilə Pakistanda xeyriyyə tədbirləri reallaşdırılıb. Buna görə də 2015-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub.

Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan, Pakistan və Türkiyə arasında üçtərəfli formatda qurulan əməkdaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır və bu əlaqələrin davamlı olması əhəmiyyətlidir.

Son xəbərlər

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031