DSK: Sənayedə qeyri-dövlət sektorunun payı 88,1 faiz təşkil edib
2022-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,1 faiz azalaraq 86 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,1 faiz artıb. Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma, 20,6 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,1 faizdir.

Ümumi istehsalın 94,1 faizi sənaye məhsullarının istehsalı, 5,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. 2022-ci ildə 2021-ci illə müqayisədə uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 25,1 faiz, istehsal vasitələrinin istehsalı 14,4 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 6,8 faiz artıb, aralıq istehlak məhsullarının istehsalı isə 2,1 faiz, enerji məhsullarının istehsalı isə 1,7 faiz azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 1043,0 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 44,8 faizi Bakı, 23,6 faizi Sumqayıt, 4,1 faizi Gəncə şəhərlərinin, 3,8 faizi Şirvan, 0,1 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 71,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031