“Kaş Tünzalə xalqdan yığdığı pulu müalicəsinə sərf edəydi...” - Kübra Əliyeva
Əməkdar artist Kübra Əliyevanın mərhum Tünzalə Əliyeva haqda "Tünzalə xalqa müracət edib, evini qutarınca, kaş özünü xilas edərdi” sözləri müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə aktrisanın sözügedən çıxışı paylaşılaraq bəziləri tərəfindən tənqid edilib.

Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Kübra Əliyeva tənqidlərə cavab verib. Aktrisa həmkarı haqda işlətdiyi ifadələri ürək ağrısı ilə dediyini bildirib:

“Məni tənqid edənlər çox səhv edir. Çünki bu xəstəlikdən mən də çıxmışam, ona görə həmin sözləri ürək ağrısı ilə dedim. Mən dedim ki, Tünzalə Allahdan azacıq möhlət istəyirdi. Mən açıqlamamda pis heç nə deməmişəm. Demişəm ki, vaxtilə evinin ipoteka pulunu ödəyə bilmədiyi üçün xalqdan yardım istəmişdi, kaş o pulu öz canının sağlığı üçün istəyərdi, pis heç nə deməmişəm. Burada nə var ki? Kaş o, xərçəng xəstəliyinin üstünə vaxtında düşəydi. O vaxt xərçəng Tünzalənin uşaqlığında idi, vaxtında o şişi çıxarsaydı, bitərdi. Onunla eyni vaxtda mən də həmin xəstəliyə tutulmuşdum, mən də həmin əməliyyatı etdirdim. O vaxt mən də kimyaterapiyalar aldım. “Toppuş bacı”ya görə mənim çox ürəyim ağrıyır, nə demişəmsə də ürək ağrısı ilə demişəm. Onun balaca qızı qaldı, hələ Tünzalə səhnədə nələr edəcəkdi... Haqqımda tənqid yazanlar çox səhv edir”.

Aktrisa Tünzalə Əliyevanın həyat eşqi ilə dolu xatırladığını deyib:

“Mən “Toppuş bacı” ilə səhnədə çox görüşməmişəm. O vaxt KVN-də oynayanda iki dəfə bir araya gəlmişik, çünki o ayrı, mən ayrı teatrda çalışmışam. Həmişə demişəm ki, Allah Dilarə Əliyeva və Oqtay Əliyevə can sağlığı versin, onlar “Toppuş”a bacı, qardaş oldular, onlar həmkarıma çox dayaq oldular, sənət aləmində belə bir səmimiyyət görülməyib. Mən o ailəyə buna görə çox təşəkkür edirəm. Amma olmadı... Bəlkə də Allahın yazısı imiş, qisməti bu idi.

Kaş ki, vaxtında evini yox, məhz özünü düşünəydi, heyif... 6 il bundan qabaq idi, dünənki kimi yadımdadır, dedi ki, mən bu dünyadan gedəcəm, qoy balamı evi olsun. Can qızım! 49 yaş nədir ki? Hələ xalq ondan doymamışdı. Hələ çox rollar oynaya bilərdi. Hər obrazına da ürək qoyurdu, bax elə buna görə xalq onu sevirdi. Kiçik obraza belə elə ruh verirdi ki, hamının yaddaşına həkk olunurdu. Danışdıqca tüklərim biz-biz olur, hələ etmək istədiyi çox şey vardı. Qismət beləymiş...

Xəstəliyimi biləndə mən də evimi satdım, Türkiyədə müalicə üçün dünyanın parasını tökdüm. Evimi dəyər-dəyməzinə satıb qardaş ölkəyə qaçdım, teatrdan da çıxdım, məndə iki yerdə xərçəng aşkarlanmışdı. Bunu özüm yaşamışam deyə dedim ki, kaş evini satıb müalicə olunardı. Bunu pis məqsədlə deməmişəm. Mən bunu yaşamasaydım, heç vaxt elə ifadə işlətməzdim”. /yenisabah.az/

Son xəbərlər

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bürclər bu günə nə deyir?

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Genetik saatla insanın ömrünü bilmək real ola bilər

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar

"Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO

50-dən çox rusiyalı sənətçi Azərbaycana gələcək

“Friends”in aktrisası serialı illər sonra izləyib

Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”

Çəkiliş meydançasında xəstəxanalıq oldu - Foto

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Pişikləri tez-tez qucaqlamaq təhlükəlidir - Mütəxəssis

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930