Ümummilli Liderin zəngin irsi gələcək nəsillər üçün iftixar mənbəyidir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixindəki əvəzsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini yeni müstəvidə uğurla davam etdirir. Bu gün Azərbaycan dünyada tanınan, beynəlxalq münasibətlərdə öz sözü və yeri olan, inklüziv inkişaf edən modern və güclü dövlətə çevrilib. U.Ələkbərov qeyd edib ki, Azərbaycanın müasir tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq, zaman keçdikcə biz Heydər Əliyev dühasının əzəmətini, böyüklüyünü daha çox hiss edir, həyata keçirdiyi çoxşaxəli işlərin, xalqımız və müstəqil dövlətçiliyimiz üçün ən çətin, taleyüklü anlarda yerinə yetirdiyi xilaskarlıq missiyaların nəhəngliyini daha dərindən dərk edirik.
Tədbirdə DİA-nın Tarix kafedrasının professoru Musa Quliyev, Dövlət idarəəetməsi və menecment kafedrasının müdiri professor Xatirə Hüseynova və başqaları çıxış edərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Ulu Öndər Heydər Əliyev irsini öyrənmək və təbliğ etmək bizim hər birimizin şərəfli borcudur.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Həyata keçirilən qlobalmiqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu artırıb, ölkəmiz regionunda və dünyada lider dövlətə çevirib.
Ümummilli Liderin zəngin irsi gələcək nəsillər üçün iftixar mənbəyidir
Ümummilli Liderin zəngin irsi gələcək nəsillər üçün iftixar mənbəyidir

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - FOTOLAR

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Hidayət Orucovun cənazəsi Bakıya gətirildi - Vəsiyyəti yerinə yetirildi

VOLODYA DAYININ QURD YAĞI - FOTO

“Turan Tovuz”un avrokuboklara getməyəcəyi dəqiqləşdi

Misir Belçikanı məğlub edir - Yenilənir

Tanınmış xanəndə dünyasını dəyişdi

Asena "bacı" dediyi qadının keçmiş əri ilə sevgilidir - FOTO

Azərbaycan namizədi BMT-nin bu Komitəsinə üzv seçildi

Ailəsinə görə müvəqqəti səhnədən getdi

Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir

Sabah Məhərrəm ayı başlayır

Qalibə Dünya Kubokunu o təqdim edəcək

Anna Hakobyan Paşinyanın həyat yoldaşı kimi Amerikaya göndəriləcək

Kamran Əliyev Qarsdakı Baş Konsulluqda - Fotolar

ABBA-nın üzvü vəfat etdi

“Kızılcık Şerbeti”nin “Işıl”ı vəfat etdi - FOTOLAR

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930