Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktiki konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik Məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktik konfrans keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransı açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 il işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Sonra Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dosenti Aydın Mirzəzadə “Heydər Əliyev irsinin siyasi aspektləri” barədə məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndərin Azərbaycan cəmiyyətinə təsiri çox böyük olub. Aydın Mirzəzadə hazırda ölkəmizdə baş verən inkişaf tendensiyalarından da danışıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrin inkişafında əməyi vardır. Milli Məclisin deputatı qeyd edib ki, Ulu Öndər hakimiyyətə qayıdışının ilk illərində ölkədə baş vermiş vətəndaş müharibəsinin qarşısını alıb. O, ümummilli lider Heydər Əliyevin dövrünün problemlərini həll edən şəxsiyyət olduğunu vurğulayıb.

Daha sonra Heydər Əliyev Mərkəzinin Elmi araşdırmalar və təbliğat şöbəsinin baş mütəxəssisi Zafiq Xəlilov “Heydər Əliyev irsinin təbliğində Heydər Əliyev Mərkəzinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Heydər Əliyev məktəbləri haqqında da danışan Z.Xəlilov bildirib ki, bu məktəblər Heydər Əliyev irsinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Musa Quliyev “Heydər Əliyev – Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda məruzəsində beş min illik dövlətçilik tariximizdən bəhs edib. XX əsrdəki dövlətçilik ənənələrimizdə Ulu Öndərin siyasi fəaliyyətinin əhəmiyyətindən danışıb, onun Azərbaycan tarixindəki silinməz iz qoyduğunu vurğulayıb. Eyni zamanda, deyib ki, ulu öndər Heydər Əliyev XX əsrin ən tanınmış siyasi xadimlərindən biri olub.

“Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik irsi və gənclər” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmlər üzrə fəlsəfə doktoru Emin Hacıyev ulu öndər Heydər Əliyevin maddi-mənəvi dəyərlərinin gələcək nəsillərə çatdırılmasının prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə genişmiqyaslı islahatların həyata keçirildiyini, neft və qaz sahəsində mühüm əhəmiyyətli müqavilələrin bağlandığını bildirib. Azərbaycan neftinin və təbii qazının dünya bazarlarına çıxarılmasının Ulu Öndərin adı ilə birbaşa bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin yürütdüyü məqsədyönlü siyasətin respublikanın regionlarının sosial-iqtisadi inkişafına da mühüm təsiri olub.

Eyni zamanda, diqqətə çatdırılıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfərdə ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev əsl müdriklik, qətiyyət və sərkərdəlik bacarığı nümayiş etdirib.

Qeyd edək ki, konfransda Dövlət İdarəçilik Akademiyasının professor-müəllim və tələbə heyəti, Milli Məclisin üzvləri, dövlət qurumlarının təmsilçiləri, ictimai və siyasi xadimlər iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktiki konfrans keçirilib
Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktiki konfrans keçirilib

Son xəbərlər

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31