Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında “Əməkdaşlıq və birgə fəaliyyət haqqında” Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən imzalanmış sənədin əsas məqsədi müxtəlif istiqamətlərdə birgə nəzəri və praktiki yönümlü tədbirlərin reallaşdırılması vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti sahəsində görülən işlərə töhfə verməkdir.

Memorandumda və tərəflərin təsdiqlədiyi “Fəaliyyət planı”nda əksini tapmış müddəalara əsasən gənclər təşkilatlarının nümayəndə və rəhbər heyəti, eləcə də magistr təhsili alan tələbələr üçün “I İnkişaf Məktəbi” adlı ixtisasartırma kursunun və Təlim Mərkəzinin yaradılması nəzərdə tutulub.

Bununla yanaşı hər iki qurumun beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində gənclər üçün beynəlxalq mübadilə proqramlarında iştirak imkanlarının yaradılması, gənclər təşkilatları nümayəndələrinin Akademiyanın nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərinin fəaliyyətində yaxından iştirakına dair razılaşma əldə edilib.

Anlaşma Memorandumundan irəli gələrək, Fondun rəhbər nümayəndələrinin tələbə heyəti üçün mühazirələrinin təşkili, Fond tərəfindən həyata keçirilən təcrübə proqramlarında magistr təhsili alan tələbələrin daha geniş iştirakının təmini və ümumilikdə Azərbaycan gənclərinin peşəkar inkişafı, gənclər siyasətinə dair mövcud vəziyyət və bu sahədə görülməsi məqsədəmüvafiq olan tədbirlər barədə birgə tədqiqatların aparılması, ölkəmizdə həyata keçirilən gənclərlə iş sahələrində elmi araşdırma və akademik məqalələrin hazırlanmasına metodik dəstəyin göstərilməsi əsas fəaliyyət istiqaməti kimi təsdiq edilib.

Anlaşma Memorandumu dövlət gənclər siyasətindən irəli gələn çağırış və vəzifələrin icrası məqsədilə iki qurumarasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımdan vacib rol oynayacaq.

Son xəbərlər

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031