"28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılıb.

Qərar Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti işlərinə başlanılması ilə əlaqədardır. Tikinti mərhələsinin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. İşlər başa çatdıqdan sonra "İçərişəhər" istiqamətində hərəkət edən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedən sərnişinlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər.

Bəs "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması kirayə mənzil bazarına necə təsir göstərəcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Trend-ə açıqlamasında bildirib ki, kirayə mənzil bazarında qiymətləri müəyyənləşdirən əsas amillər tələb və təklif arasındakı nisbətdir. Onun sözlərinə görə, hazırda bazarda ənənəvi mövsümi canlanma dövrü başlayıb və bu il kirayə qiymətlərində 10-15 faiz artım gözlənilir.

"Əgər bazarda tələb artırsa, təklif məhdudlaşırsa, təbii ki, qiymətlərin artması baş verir. Bu proses ənənəvi olaraq hər il 50 mindən çox abituriyentin tələbə adını qazandığı dövrə təsadüf edir. Hazırda avqust və sentyabr ayının birinci yarısını əhatə edən bu dövrdə kirayə mənzil bazarına müraciətlər həddən artıq çox olur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu il artımın 10-15 faiz səviyyəsində olacağını ehtimal edir", - V.Oruc deyib.

Ekspert hesab edir ki, "28 May" və "Nizami" stansiyaları arasındakı hərəkətin dayandırılması bütövlükdə kirayə bazarında ciddi dəyişiklik yaratmayacaq. Təsir daha çox tələbin ərazilər üzrə yerdəyişməsi formasında özünü göstərə bilər.

"Mövcud dəyişikliyin kirayə mənzil bazarına təsiri tələbin coğrafi olaraq dəyişməsi şəklində özünü göstərə bilər. Metro ilə bağlı dəyişikliklərin təsir etdiyi ərazilərdə tələb müəyyən qədər azala, digər ərazilərdə isə avtomatik olaraq arta bilər. Bazarın ümumi kontekstində hər hansı ciddi dəyişiklik gözləmirik. Bazar qiymət artımına istiqamətlənib və bu, hər il təkrarlanan mövsümi qiymət artımıdır", - o bildirib.

V.Orucun sözlərinə görə, tikinti işlərinin 10-11 ay davam etməsi kirayəçilərin davranışına müəyyən təsir göstərə bilər. Bəzi sakinlər mövcud kirayə mənzillərində qalmağa üstünlük verəcək, digərləri isə nəqliyyat baxımından daha əlverişli ərazilərə üz tuta bilərlər.

"Düşünürəm ki, mövcud durum daşınmaz əmlak bazarının kirayə seqmentinə ciddi təsir göstərməyəcək. Yəni təsirin olacağı şübhəsizdir, amma qiymətlərin və ya yerləşmənin böyük faizlə dəyişəcəyini gözləmirəm. Həmin ərazilərdə tələbin müəyyən qədər azalması mövsümi qiymət artımının qarşısını ala bilər. Yəni qiymətlər ucuzlaşmaya bilər, sadəcə artım dinamikası zəifləyə və hətta müvəqqəti olaraq dayana bilər", - ekspert vurğulayıb.

Onun fikrincə, kirayəçilər üçün alternativ ərazilərin kifayət qədər olması da bazara mümkün təsiri məhdudlaşdıracaq. Bu baxımdan "20 Yanvar", "Elmlər Akademiyası", "Memar Əcəmi", "Gənclik", "Nəriman Nərimanov", eləcə də "Qara Qarayev" və "Xalqlar Dostluğu" metro stansiyalarının ətrafındakı ərazilər alternativ kimi nəzərdən keçirilə bilər.

"Bu ərazilərdə tələbələr mənzil kirayələyərək təhsil müəssisələrinə nəqliyyat əlçatanlığını təmin edə bilərlər. Alternativ kifayət qədərdir və onların mövcudluğu "Nizami" və "28 May" stansiyaları arasındakı hərəkətin dayandırılmasının bazara böyük təsir göstərməsinə imkan verməyəcək. Düşünürəm ki, kirayəçilərin təqribən 50 faizi ümumiyyətlə qərarını dəyişməyəcək. Onlar həmin əraziləri tərk etmək əvəzinə gündəlik nəqliyyat marşrutlarında dəyişiklik etməklə kifayətlənəcəklər", - V.Oruc qeyd edib.

Ekspert bildirib ki, metro ilə bağlı məhdudiyyətlərin təsir etdiyi ərazilərdə qiymətlərin stabil qalması və ya ümumi bazardakı artım tempindən geri qalması mümkündür. Bununla yanaşı, ali təhsil müəssisələrinin, avtobus dayanacaqlarının və rahat piyada marşrutlarının yaxınlığında yerləşən mənzillərə tələbin artacağı gözlənilir.

"Bahalaşma ali təhsil müəssisələrinin ətrafında təkcə metro stansiyalarına görə deyil, avtobus dayanacaqlarına və piyada keçidlərinə əlçatanlıq baxımından əlverişli ərazilərdə də ciddi şəkildə hiss olunacaq. Əsasən Yasamal rayonunda, həmçinin Gənclik və Nərimanov ərazilərində bu tendensiyanı görə bilərik. Düşünürəm ki, qiymət artımı sentyabrın 15-dək davam edəcək, sentyabrın sonlarından isə müəyyən stabillik dövrü başlayacaq", - o deyib.

V.Oruc mövsümi ajiotaj başa çatdıqdan sonra kirayə qiymətlərinin kəskin enəcəyini də gözləmir.

Ekspert kirayə bazarındakı dəyişikliklərlə yanaşı, 2026-cı ildə daşınmaz əmlak bazarının ümumi qiymət dinamikasına dair proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, daşınmaz əmlakın qiymətinə təkcə tələb deyil, tikinti materiallarının və işçi qüvvəsinin bahalaşması, yeni binaların maya dəyərinin yüksəlməsi, miqrasiya prosesləri və daşınmaz əmlakın investisiya cəlbediciliyi də təsir göstərir.

"Bütün bunlar daşınmaz əmlakın harada yerləşməsindən asılı olmayaraq həm satış, həm də kirayə qiymətlərində ciddi azalmanın baş verməsi ehtimalını sıfıra yaxınlaşdırır", - ekspert əlavə edib.

O, 2026-cı il ərzində daşınmaz əmlak bazarında ümumi bahalaşma tendensiyasının davam edəcəyini bildirib. Proqnoza əsasən, şəhərin inkişaf layihələrinin, yeni yolların, abadlıq və tikinti işlərinin həyata keçirildiyi ərazilərdə qiymət artımı daha yüksək ola bilər.

"İl ərzində torpağın qiymətinin təqribən 20-25 faiz, yeni tikililərin 10-15 faiz, köhnə tikililərin qiymətinin isə 10 faizə qədər artacağını gözləyirik", - V.Oruc bildirib.

Son xəbərlər

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31